. Love.az

Dolbear Qanunu - Wikipedia - Love.az

Ana Səhifə - Dolbear Qanunu

Dolbear qanunu – havanın temperaturu ilə çəyirtkələrin cırıldama sayı arasında əlaqəni göstərən qanun.[1][2] Qanunun düsturu Eymos Dolbear tərəfindən təklif olunmuş və 1897-ci ildə "Çəyirtkələr termometr kimi" adlı məqalədə nəşr olunmuşdur.[3] Dolbeardan öncə 1881-ci ildə Marqaret Bruks çəyirtkələrin cırıldaması ilə temperatur arasında əlaqəni müşahidə etmişdir, lakin onun araşdırması Dolbearə qədər diqqətə alınmamışdır.[2]

Oecanthus fultoni növündən olan ağac çəyirtkəsini bəzən termometr çəyirtkəsi də adlandırırlar.

Dolbear hansı çəyirtkə növü üzərində müşahidə apardığını qeyd etməsə də, tədqiqatçıların fikrincə qarlı ağac çəyirtkəsini (Oecanthus niveus) nəzərdə tutduğunu güman etmişdir.[1][2] Lakin ilkin məqalələrdə qarlı ağac çəyirtkəsi səhvən Oecanthus niveus olaraq adlandırılmışdı, növün düzgün olan elmi adı Oecanthus fultoni şəklindədir.[4]

Bir çox düzənlik çəyirtkəsinin cırıldaması ilə temperatur arasında əlaqə çox dəqiq deyil. Onların cırıldaması yaş və cütləşmə kimi müxtəlif faktorlardan da asılıdır. Lakin Dolbearın düsturu ən dəqiq olan düstur hesab olunur.

Mündəricat

  • 1 Düstur
  • 2 Mədəniyyətdə
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Düstur

redaktə

Dolbear havanın Farenheyt şkalası üzrə temperaturu ( T F {\displaystyle T_{F}}  ) ilə çəyirtkənin 1 dəqiqədəki cırıldamalarının sayı ( N 60 {\displaystyle N_{60}}  ) arasındakı əlaqəni bu düsturla vermişdir:

T F = 50 + ( N 60 − 40 4 ) . {\displaystyle T_{F}=50+\left({\frac {N_{60}-40}{4}}\right).}  

Düsturun daha sadə versiyası çəyirtkənin 15 saniyədəki cırıldamalarının sayı ilə hesablanan versiyasıdır ( N 15 {\displaystyle N_{15}}  ):

T F = 40 + N 15 {\displaystyle \,T_{F}=40+N_{15}}  

Düsturun Selsi şkalasına uyğun olan ( T C {\displaystyle T_{C}}  ) versiyası belədir:

T C = N 60 + 30 7 {\displaystyle T_{C}={\frac {N_{60}+30}{7}}}  

Selsi şkalasına uyğun olan düsturun daha sadə forması isə 8 saniyədəki cırıldamaların sayı ( N 8 {\displaystyle N_{8}}  ) ilə hesablanan və 5 əlavə olunan formasıdır:

T C = 5 + N 8 {\displaystyle \,T_{C}=5+N_{8}}  

Mədəniyyətdə

redaktə

Riyaziyyat kitablarında Dolbear qanunu riyazi modellərin çökməsinə nümunə kimi göstərilir, çünki çəyirtkələrin olmadığı və ya ölü olduğu hər yerdə temperatur sabit olmalıdır, çünki çəyirtkə cırıldamasının sayı sıfır olur. Düstura cəbr tətbiq etdikdə isə 1000 °C temperaturda çəyirtkənin hər dəqiqə 6970 dəfə (hər saniyə 116 dəfə) cırıldamalı olduğunu hesablamaq olar. Lakin heç bir çəyirtkə bu cür temperaturda yaşaya bilməz.

"Böyük partlayış nəzəriyyəsi" serialınının 3-cü mövsümünün 2-ci seriyasında qanuna istinadlar edilmişdir (lakin serialın personajı Şeldon Eymos Dolbearə Emil Dolbear olaraq xitab edir və düsturun nəşr olunma ilini 1890-ci il göstərir). "QI" serialının iki seriyasında da Dolbear qanununun adı çəkilir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Frings, Hubert; Frings, Mable. "The effects of temperature on chirp-rate of male cone-headed grasshoppers, Neoconocephalus ensiger". Journal of Experimental Zoology. 134 (3). 1957: 411–425. doi:10.1002/jez.1401340302. PMID 13475653.
  2. ↑ 1 2 3 Frings, Hubert; Frings, Mable. "Effects of temperature on the ordinary song of the common meadow grasshopper, Orchelimum vulgare (Orthoptera: Tettigoniidae)". Journal of Experimental Zoology. 151 (1). 1962: 33–51. doi:10.1002/jez.1401510104.
  3. ↑ Dolbear, Amos. "The cricket as a thermometer". The American Naturalist. 31 (371). 1897: 970–971. doi:10.1086/276739. 7 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2012.
  4. ↑ Walker, Thomas J. "The Taxonomy and Calling Songs of United States Tree Crickets (Orthoptera: Gryllidae: Oecaiithinae). I. The Genus Neoxabea and the niveus and varicornis Groups of the Genus Oecanthus" (PDF). Annals of the Entomological Society of America. 55 (3). 1962: 303–322. doi:10.1093/aesa/55.3.303. 20 October 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 November 2012.

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Dolbear qanunu ilə əlaqəli mediafayllar var.
  • Dolbear qanunu kalkulyatoru
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dolbear_qanunu&oldid=7108280"
LOVE.AZ