Doroti Hovard (ing. Dorothy Howard; 1902[1], Texas – 23 mart 1996[2], Massaçusets) — amerikalı folklorşünas, dövlət məktəbi müəllimi, məktəb direktoru və Frostburq Dövlət Universitetinin professoru olmuşdur. [3]Hovard təhsildə folklorun tətbiqinin ilk tərəfdarlarından biri və uşaq folklorunun pionerlərindən biri hesab olunur. Amerika Folklor Cəmiyyətinin "Folklor və Təhsil Mükafatı" onun adını daşıyır.[4]
Doroti Hovard | |
---|---|
![]() | |
Doğum tarixi | 1902[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1996(1996-03-23)[2] |
Vəfat yeri | |
![]() |
Hovard Doroti Qrey Mills adı ilə iyul 1902-ci ildə, Texasda anadan olmuşdur. 1925-ci ildə Ceyms Hovard ilə evlənib və onların iki övladı olmuşdur. [5]O, 1969-cu ildən etibarən Nyu-Meksiko ştatının Rozvell şəhərində yaşayıb. Səhhətinin pisləşməsi səbəbindən Massaçusets ştatının Qrinfild şəhərinə köçüb və 1996-cı ildə, 93 yaşında vəfat etmişdir. Hovard 1923-cü ildə Şimali Texas Dövlət Müəllimlər Kollecini (indiki Şimali Texas Universiteti) təhsil üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. 1938-ci ildə Nyu-York Universitetində doktorluq dərəcəsi almışdır. Onun dissertasiyası "Amerika uşaqlarının xalq jinqlləri: müasir uşaqlar tərəfindən istifadə olunan qafiyələrin toplanması və tədqiqi" adlanırdı.[6]
Hovard 1920-ci ildə cəmi 17 yaşında olarkən müəllim kimi işləməyə başlayıb. [7]1923-cü ildən sonra Texas, Nyu-York və Nyu-Cersi ştatlarında müəllim və məktəb direktoru kimi çalışıb. 1944-cü ildə o, Frostburq Dövlət Universitetində ingilis dili professoru olub və 1967-ci ilə qədər burada dərs demişdir. [8]1967-1969-cu illərdə Nebraska Universitetində qonaq professor kimi fəaliyyət göstərib. 1954-1955-ci illərdə Fulbrayt Təqaüdü çərçivəsində 10 ay ərzində Avstraliya uşaqlarının oyunlarını sənədləşdirmişdir. Bu, Avstraliya uşaq folklorunun sistemli şəkildə tədqiq edildiyi ilk hadisə olub.[9]
Onun işi uşaq oyunları, məktəb həyətində oxunan mahnılar, nidalı şüarlar, qafiyələr və hətta təhqirləri əhatə edirdi.[10][11] Hovard uşaqların "xalq jinqlləri" ilə bağlı PhD dərəcəsi alan ilk şəxslərdən biri omuşdur. [12]O, təhsildə folklorun istifadəsinə verdiyi töhfələrə görə Amerika Folklor Cəmiyyəti və Oyun Tədqiqatları Antropoloji Assosiasiyası tərəfindən pioner alimlərdən biri kimi tanınıb.[13]
Onun Avstraliya araşdırmaları 2000-ci ildə Viktoriya Muzeyinə bağışlanıb.[14]
Hovard "The New Yorker" kimi jurnallarda məqalələr yazıb və müxtəlif kitablar, elmi məqalələr və araşdırmalar nəşr etdirib. Onun bəzi əsas əsərləri: