. Love.az

Edip Kompleksi - Wikipedia - Love.az

Ana Səhifə - Edip Kompleksi

Edip kompleksi (ing. Oedipus complex) — oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən ad. Freydin qurucusu olduğu psixoanalitik nəzəriyyəyə görə qarşı cins olan valideyni sahiblənmə və öz cinsindən valideyni imtina etməkdə uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir.[1]

Mündəricat

  • 1 Ümumi anlayış
  • 2 Edip kompleksi ədəbiyyatda
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat siyahısı
  • 5 Xarici keçidlər

Ümumi anlayış

redaktə

Edip kompleksi , uşağın anasına qarşı cinsi marağı və atasına qarşı düşmənlik duyğularının olmasına deyilir. Ziqmund Freyd irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərinə oturtduğu ən əhəmiyyətli nəzəriyyədir.[2]

Antik yunan teatr yazıçılarından olan Sofokl atasını öldürərək anasıyla evlənən Edip[3] adlı bir gənc qəhrəmanın hekayəsindən bəhs edir: "Fiv kralı Kral Lay Pelopsun oğuluna təcavüz etdiyi üçün lənətlənmişdir. Doğulacaq oğlu Kral Layı öldürəcək. Lay doğulan uşağı öldürmək üçün ayaqlarını iplərlə bağlayaraq meşəyə göndərir(oedipus: ayaqları qabarıq olan deməkdir). Qurda quşa yem olmasını istəyir. Ancaq Edip adlı körpəni meşəyə aparan köməkçi krala xəyanət edərək uşağı bir çobana verir. O da kiçik uşağı uşaqları olmayan Korinf kralı Polibə təslim edir. Edip kralın uşağı kimi xoşbəxt bir uşaqlıq və gənclik keçirir. Ancaq bir gün övladlığa götürüldüyünü düşündürən bir vəziyyətlə qarşılaşır. Vəziyyəti anlamaq üzrə Delfi kahininə gedəndə kahin ona onu gözləyən acı taleyini bildirir. Kahin bildirirki Edip atasını öldürəcək və anasıyla evlənərək zina məhsulu bir nəsil yaradacaq. Delfidən çıxarkən qarşılaşdığı bir yaşlı adam və ona yoldaşlıq edən müşayiətçilərlə yolda mübahisə yaranır. Çıxan döyüşdə yaşlı adamı və müşayiətçilərini öldürür. Ölən adam atası kral Lay olduğunu bilməz. Yoluna davam edəndə qarşısına hər kəsə bir tapmaca soruşan və tapmacanı bilməyəni öldürən Sfenks çıxar. Sfenksə görə fivlilər bir yerdə toplaşaraq bir həll yolu axtarırlar. Kralları Lay öldüyü üçün onları Sfenksten qurtaracaq adamı kral elan edəcəklərinə söz verirlər. Sfenksin sualı belədir: əvvəl dörd, sonra iki və ən sonunda üç ayaqla gedən ancaq ayaqları çoxalarkən gücsüzləşən varlıq nədir. Edip bu varlığın insan olduğunu deyir və cavabı düz çıxır. Belə ki əvvəl iməkləyən, sonra yeriyən və ən sonunda çəlik istifadə edən insan iməkləmə çağında və qocalanda ən gücsüz dövrünü yaşayır. Sualı bilən Sfenks intihar edir. Fivliler Edipi kral seçirlər. Edip anası kraliça Lokaste ilə anası olduğunu bilmədən evlənir. Anasından iki qızı və iki oğlu olur. Xoşbəxt keçən günlərində vəba epidemiyası yayılır. Bu fəlakətdən qurutulmaq üçün Delfidəki kahindən məsləhət alırlar. Kahinin cavabı bu fəlakətin çatmasının ancaq bir yolu olduğunu deyir: içlərində yaşayan lənətli insanı tapıb ölkələrindən qovmalıdırlar. Kor kahin lənətli insanın kral Layı öldürən Edipin özü olduğunu və anası ilə evləndiyini, zina məhsulu uşaqları olduğunu deyir. Edip isə o əsnada bir elçidən atası sandığı Polibin əslində övladlığı olduğunu öyrənir. Anası Lokastedən isə keçmişdə atası tərəfindən qurda quşa yem olmaq üçün meşəyə atılan kiçik bir uşaqları olduğunu eşidir. Edip artıq öldürdüyü yaşlı adamın atası olduğundan əmin olur. Bir sözlə Kəhanət gerçək olur. Edip krallığı hər kəs tərəfindən tərk edilir. Sonunda Edip gözlərini oyur, Lokaste isə özünü asır". Bu qəmli əfsanə Freyda insanın psixi pozuntu nəticəsində hiss edə biləcəyi "insest arzusuna" və öz cinsindən olan valideynlərə "rəqabət və düşmənlik" şəklindəki çıxışına dair meyllərin ipucunu vermişdir.[4]

Edip kompleksi ədəbiyyatda

redaktə

Freydə görə dünya ədəbiyyatın üç ən güclü əsərində- Sofoklun Kral Edip, Şekspirin Hamlet və Dostoyevskinin Karamazov qardaşları əsərlərində eyni mövzunun — ata qatili olmanın əsas olması heç də təsadüf deyil. Bütün bunların kökündə edip kompleksi dayanır. Kral Edip Sofokla görə bir əsər qəhrəmanı idisə, Freydə görə insan olmağın faciəvi hallarından biri idi.[5]

İstinadlar

redaktə
  1. ↑ "Edip Kompleksi - Cynthia Vinney". Ətəkyazı (az.). 2024-01-25. İstifadə tarixi: 2025-05-18.
  2. ↑ "Что такое эдипов комплекс: как проявляется у мальчиков, мужчин, девочек и женщин?". nadpo.ru (rus). İstifadə tarixi: 2025-05-18.
  3. ↑ "ЭДИПОВ КОМПЛЕКС". iphlib.ru. İstifadə tarixi: 2025-05-18.
  4. ↑ "Эдипов комплекс по Фрейду: Классический психоанализ = Психоаналитик.Ру = Эдипов комплекс - это неоднозначное понятие в психоанализе. В этой статье Эдипов комплекс описан так, как его видел Фрейд". www.psychoanalyst.ru. İstifadə tarixi: 2025-05-18.
  5. ↑ "Миф об Эдипе — Психология, психоанализ и консультация психолога в Минске". Психология, психоанализ и консультация психолога в Минске (rus). İstifadə tarixi: 2025-05-18.

Ədəbiyyat siyahısı

redaktə
  • Britton, Ronald. "The missing link: parental sexuality in the Oedipus complex." In The gender conundrum, pp. 91–104. Routledge, 2003.
  • Britton, Ronald, Michael Feldman, and Edna O’Shaughnessy. "The Oedipus complex today." London: Karnac (1989).
  • Friedman, Richard C., and Jennifer I. Downey. "Biology and the oedipus complex." The Psychoanalytic Quarterly 64, no. 2 (1995): 234–264.
  • Green, André. The Tragic Effect: The Oedipus Complex in Tragedy. United Kingdom: Cambridge University Press, 2011.
  • Klein, Melanie. "The Oedipus complex in the light of early anxieties (1945)." In The Oedipus complex today, pp. 11–82. Routledge, 2018.
  • Loewald, Hans W. "The waning of the Oedipus complex." Journal of the American Psychoanalytic Association 27, no. 4 (1979): 751–775.
  • M. Fear, Rhona. The Oedipus Complex: Solutions Or Resolutions?. United Kingdom: Taylor & Francis, 2018.
  • Parsons, Anne. "Is the Oedipus complex universal." Psychological anthropology: A reader on self in culture 131 (2010).
  • Rudnytsky, Peter L.. Freud and Oedipus. United States: Columbia University Press, 1987.
  • Ullrich, Burkhard., Zepf, Siegfried., Seel, Dietmar., Zepf, Florian Daniel. Oedipus and the Oedipus Complex: A Revision. N.p.: Taylor & Francis, 2018.
  • Simon, Bennett. "“Incest—see under oedipus complex”: The history of an error in psychoanalysis." Journal of the American Psychoanalytic Association 40, no. 4 (1992): 955-988.
  • Smadja, Éric. The Oedipus Complex: Focus of the Psychoanalysis-Anthropology Debate. United Kingdom: Taylor & Francis, 2017.
  • The Oedipus Complex - A Selection of Classic Articles on Sigmund Freud's Psychoanalytical Theory. N.p.: Read Books, 2011.
  • Liliane Weissberg (ed.), Psychoanalysis, Fatherhood, and the Modern Family. Switzerland: Springer International Publishing, 2021.
  • Günter Rebing: "Aber so arbeitet nun einmal das Genie". Wie der Ödipuskomplex erfunden wurde. In: Sinn und Form 73 (2021), Heft 6, pp. 837–843

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Edip_kompleksi&oldid=8140124"
LOVE.AZ