Edmontoniya (lat. Edmontonia) — Pansir dinozavları cinsinə, Nodozavrid fəsiləsinə aid Təbaşir dövrü yaşamış canlı. Onlara ilk dəfə Kanada və ABŞ ərazilərində aşkarlanmışdır. Kərtənkələ öz adını Edmontoniya formasiya dovrünün şərəfinə adlandırılmışdır. İlk dəfə onların qalıqlarına Kanadanın Alberta vilayəti ərazisində aşkarlanmışdır[1].
Edmontoniya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Edmontoniya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Edmontoniya ot yeyən canlı olmuşdur. Onlar 2 metr hündürlüyə və 7 metr uzunluğa malik olmuşdur. Bel nahiyəsində iri qabarıqlar mövcud olub. Onlar kərtənkələrərə daxil edilir[2].
E. longiceps növü ilk dəfə 1924-cü ildə Paterson tərəfindən Morrin kəndi yaxınlığında aşkarlayır. Adı isə 1928-ci ildə Çarlz Sternberq tərəfindən qoyulur. Bu tapıntı NMC 8531 skletin bir hissəsini təşkil edir.
Bir müddət sonra isə qeoloji Aquya formasiyasında 1930-cu ildə digər tapıntı aşkarlanır. E. rugosidens növü adı verilir. Kəllə quruluşunun fərqliyi səbəbindən Robert Bakker bu tapıntını Chassternbergia yarımcinsinə (Sternberqin şərəfinə) daxil edir[3][4].
Üçüncü məlum növ — E. australis adlarnır və yalnız boyun nahiyəsi aşkarlanmışdır[5], hazırda isə Glyptodontopelta sinonimi hesab edilir(Burns, 2008)[6].