. Love.az

Edmund Halley - Wikipedia - Love.az

Ana Səhifə - Edmund Halley

Edmund Halley (ing. Edmund Halley, 8 noyabr 1656 – 25 yanvar 1742) – İngilis kral astronomu, riyaziyyatçısı, fiziki, demoqrafı, meteoroloqu və geofiziki. Edmund Halley din cəhətdən ateist olub.

Edmund Halley
ing. Edmund Halley
Doğum tarixi 8 noyabr 1656
Doğum yeri İngiltərə
Vəfat tarixi 25 yanvar 1742 (85 yaşında)
Vəfat yeri İngiltərə
Elm sahələri Geofizika, meteorologiya, demoqrafiya, riyaziyyatçı, meteoroloq[d], fizik, astronomiya, astronom
İş yerləri
  • Qrinviç rəsədxanası (1676–),
  • Oksford Universiteti (1704–1942)[1]
Təhsili
  • Kuins kolleci[d] (1673–1676)[1],
  • Oksford Universiteti (–1678)[2][1]
Elmi rəhbərləri Robert Huk
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1678–)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Şərəfinə verilən adlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Edmund Halley 1656-cı ildə Xaqqerston kəndində anadan olmuşdur. Müqəddəs Pavl adına məktəbdə oxumuşdur. 1673-cü ildə təhsilini Kral Kollecində Oksfordda davam etdirmişdir. Cənub yarımkürəsindəki olan ulduzlar haqqında öyrənmək məqsədilə 1673-cü ildə Müqəddəs Yelena adasına səfərə çıxır.

1678-ci ildə İngiltərəyə qayıdaraq "Cənub göy haqqında kataloq"u çap etdirir. Bu kataloqda Cənub yarımkürəsindəki 341 ulduz haqqında informasiya var idi. Həmçinin Halley Nyutonun yaxın dostu olmuşdur. 1703-cü ildə Oksford həndəsə kafedrasının rəhbəri olmuşdur. Qalley 1715-ci ildə elmi məqaləsində sirli obyekt olan dumanlardan yazmışdır. 1680–1682-ci illərdə iki işıqsaçan komet müşahidə edilmişdir. Halley 1716-cı ildə söyləmişdir ki, bu komet 1785-ci ildə yenidən görünəcəkdir. İohan Georg Paliç 1758-ci il 25 dekabrda bu kometi müşahidə etmişdir. Kometin yenidən qayıtmasının izah edən Qalley ilk dəfə olaraq İsaak Nyutonun Ümumdünya cazibə qanununun triumfal elmi izahını vermişdir. Ona görə də, bu kometa hal-hazırda Qalley quyruqulduzu və ya 1P adlanır.

Halley ilk dəfə göstərmişdir ki, dumanlar işıqsaçan kosmik obyektdir. Ona 1720-ci ildə Qrinviç rəssədxanasında rəhbərlik vəzifəsi verilmişdir. Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. 1721-ci ildə fotometrik paradoks ideyasını kəşf etmişdir. Edmund Halley 1742-ci ildə Qrinviç şəhərində vəfat etmişdir.

Şərəfinə verilən adlar

redaktə
  • Qalley quyruq ulduzu
  • Ayda "Qalley" krateri
  • Marsda "Qalley" krateri
  • Antarktidada "Qalley" elmi stansiyası

Həmçinin bax

redaktə
  • Natural fəlsəfənin riyazi başlanğıcı

Xarici keçidlər

redaktə
  Vikianbarda Edmund Halley ilə əlaqəli mediafayllar var.
  • Эдмунд Галлей и его исследования.
  • M. Hoskin, Stukeley’s Cosmology and the Newtonian Origins of Olber’s Paradox, J. Hist. Astr., V.16, p. 77, 1985.
  • Edmund Halley and Stellar Proper Motions
  • Edmond Halley in MacTutor Archiv Arxivləşdirilib 2009-02-13 at the Wayback Machine
  1. ↑ 1 2 3 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. ↑ Mathematics Genealogy Project (ing.). 1997.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Edmund_Halley&oldid=7865519"
LOVE.AZ