"Eduniversal" — Fransız kansaltinq və reytinq agentliyi "THE EDUNIVERSAL EVALUATION AGENCY" tərəfindən dərc olunan dünyanın nüfuzlu ali məktəb reytinqlərindən biri.[1] 1994-cü ildən yayımlanan reytinq cədvəli əsasən ali biznes məktəblərinin fəaliyyətini əhatə edir.
Qlobal miqyasda India Today,[2] L'Économiste,[3] La Vie Éco,[4] The Times of India,[5] Sohu,[6] 20 minutos,[7] The Gazette (Chicago),[8] VietnamPlus,[9] Coventry Telegraph,[10] University World News,[11] Business Line,[12] El Economista (Spain),[13] KPBS,[14] The Jamaica Observer,[15] Economico,[16] Głos Wielkopolski,[17] Morocco World News,[18] Business Tech[19] və s.[20][21][22][23][24][25] nüfuzlu informasiya agentlikləri Eduniversal sıralamasına istinad edir.
Fransada isə Le Monde,[26] Le Figaro,[27][28] Capital,[29] Le Parisien,[30] L'Étudiant,[31] Studyrama,[32] Capcampus[33] və s.[34][35] informasiya agentlikləri Eduniversal sıralamasına istinad edir.
Eduniversal reytinq agentliyi dünyanın 150-dən çox ölkəsində ən yaxşı 1000 Biznes Məktəbinin rəsmi seçimini aparır. Burada çoxsaylı kriteriyalar, müəllim heyətinin tərkibi, praktiki potensial, maddi-texniki baza, tələbələrin gender bərabərliyi, məzunların karyera irəliləyişləri və s. kifayət qədər əhəmiyyətli rola malikdir.