. Love.az

Edvin Van Der Sar - Wikipedia - Love.az

Ana Səhifə - Edvin Van Der Sar

Edvin van der Sar (d. 29 oktyabr 1970[3], Vorhaut, Niderland) keçmiş hollandiyalı qapıçı. Peşəkar futbol karyerası ərzində Ayaks, Yuventus, Fulhem və Mançester Yunayted klublarında çıxış etmişdir. Niderland milli komandasının heyətində ən çox oyuna çıxan ikinci futbolçu. Hal-hazırda Ayaks klubunda baş icraçı direktor vəzifəsində çalışır.[4]

Edvin van der Sar
nid. Edwin van der Sar
Ümumi məlumatlar
Tam adı Edvin van der Sar
Doğum tarixi 29 oktyabr 1970 (54 yaş)
Doğum yeri Vorhaut, Niderland[1]
Vətəndaşlığı Niderland Niderland
Boyu 1,97[2]
Çəkisi 83 kq
Mövqeyi Qapıçı
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub Ayaks
Vəzifəsi Baş icraçı direktor
Karyerası
Gənclik karyerası
1980—1985 Foreholte
1985—1990 Nordvik
Klub karyerası[* 1]
1990—1999 Ayaks 126 (1)
1999—2001 Yuventus 66 (0)
2001—2005 Fulhem 127 (0)
2005—2011 Mançester Yunayted 186 (0)
2016 Nordvik 1 (0)
Milli yığma[* 2]
1995—2008 Niderland 130 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, peşəkar karyerasına başladığı Ayaksda klubun "qızıl nəsil"ə aid olan oyunçularından biri hesab olunur. Burada 9 il çıxış etdikdən sonra İtaliyanın Yuventus klubuna, sonra isə İngiltərənin Fulhem və sonda Mançester Yunayted klubuna transfer olmuşdur. UEFA Çempionlar Liqasını iki fərqli klubla qazana bilən azsaylı futbolçulardan biridir. O, bu mükafatı 1995-ci ildə Ayaksda və 2008-ci ildə Mançester Yunaytedin heyətində qazanmışdır. Van der Sar həmçinin 1992-ci ildə Ayaksın heyətində UEFA kubokunun qalibi olmuşdur.

Van der Sar bütün vaxtların ən çox titul qazanan ikinci (Vitor Baiyadan sonra) qapıçısıdır. O, karyerası ərzində əksər hissəsi Ayaks və Mançester Yunayted klublarında olmaqla 27 titul qazanmışdır.[5] İngiltərə Premyer Liqasında çempion olan ən yaşlı futbolçu (40 yaş 205 günlüyündə) adı da ona məxsusdur. 1995 və 2009-cu illərdə Avropanın ən yaxşı qapıçısı mükafatının sahibi olan Van der Sar 2009-cu ildə isə UEFA İlin qapıçısı mükafatına sahib çıxmışdır. O, bir çox futbolçu tərəfindən bütün vaxtların ən yaxşı qapıçısı adlandırılmışdır.[6][7]

Mündəricat

  • 1 Uğurları
    • 1.1 Klub
    • 1.2 Şəxsi
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Uğurları

redaktə

Klub

redaktə

Ayaks[8]

  • Erediviziya (4): 1993–94, 1994–95, 1995–96, 1997–98
  • Niderland kuboku (3): 1992–93, 1997–98, 1998–99
  • Niderland Superkuboku (3): 1993, 1994, 1995
  • UEFA Çempionlar Liqası (1): 1994–95
  • UEFA Avropa Liqası (1): 1991–92
  • UEFA Superkuboku (1): 1995
  • Qitələrarası Kubok (1): 1995

Yuventus[8]

  • UEFA İntertoto Kuboku (1): 1999

Fulhem[8]

  • UEFA İntertoto Kuboku (1): 2002

Mançester Yunayted[8]

  • İngiltərə Premyer Liqası (4): 2006–07, 2007–08, 2008–09, 2010–11
  • Liqa kuboku (2): 2005–06, 2008–09
  • İngiltərə Superkuboku (3): 2007, 2008, 2010
  • UEFA Çempionlar Liqası (1): 2007–08
  • FİFA Klublararası Dünya Kuboku (1): 2008

Şəxsi

redaktə
  • Niderlandda İlin ən yaxşı qapıçısı: 1994, 1995, 1996, 1997
  • Avropanın ən yaxşı qapıçısı: 1995, 2009[9]
  • ESM İlin heyəti: 1995–96, 2008–09
  • FİFA Dünya Çempionatı All-Star: 1998[10]
  • Niderlandda İlin futbolçusu: 1998
  • İFFHS Dünyanın ən yaxşı qapıçısı: 1998[11], 2008[12]
  • FIFA FIFPro World XI: 2006, 2007, 2008, 2009, 2010, 2011[13]
  • İngiltərədə İlin heyəti: 2006–07, 2008–09, 2010–11
  • UEFA Çempionlar Liqası "Matçın adamı": 2008 Final
  • UEFA Avro 2008: Turnirin heyəti
  • İngiltərədə "Qızıl Əlcək": 2008–09
  • UEFA İlin qapıçısı: 2009

Həmçinin bax

redaktə
  • Mançester Yunayted
  • Niderland milli yığması
  • Ayaks

İstinadlar

redaktə
  1. ↑ "Edwin van der Sar Manchester United". ManUtd.com. Manchester United. 3 fevral 2011. 2012-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  2. ↑ White, Jim. Manchester United: The Biography. London: Sphere. 2008. səh. 425. ISBN 978-1-84744-088-4.
  3. ↑ "Edwin Van der Sar ESPN". Soccernet.espn.go.com. ESPN Soccernet. 3 fevral 2011. 2012-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  4. ↑ "Arxivlənmiş surət". 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  5. ↑ "Arxivlənmiş surət". 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  6. ↑ "The best goalkeepers of all time". CNN. 9 fevral 2009. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  7. ↑ "Van der Sar ranks among the all-time greats". ESPN. 28 yanvar 2011. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  8. ↑ 1 2 3 4 "E. van der Sar". Soccerway. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  9. ↑ "Man Utd's Edwin van der Sar to retire at end of season". BBC Sport. 27 yanvar 2011. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  10. ↑ "FIFA Technical Study Group designates MasterCard All-Star Team". FIFA.com. 10 iyul 1998. 2015-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2017.
  11. ↑ "IFFHS' World's Best Goalkeeper of the Year 1998". 2015-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  12. ↑ "IFFHS' World's Best Goalkeeper of the Year 2008". 2009-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  13. ↑ "WORLD XI – Shortlist". 2018-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.

Xarici keçidlər

redaktə
  Vikianbarda Edvin van der Sar ilə əlaqəli mediafayllar var.
  • FIFA saytında statistika (ing.)
  • Profile at ManUtd.com
  • Premier League profile Arxivləşdirilib 2012-10-03 at the Wayback Machine
  • Edvin van der Sar karyera statistikaları Soccerbase-də
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Edvin_van_der_Sar&oldid=8001322"
LOVE.AZ