Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Eiza Qonzalez Reyna (isp. Eiza González Reyna; 30 yanvar 1990[1][2], Mexiko)[3] — Meksikalı aktrisa və müğənni. Meksika televiziya melodramı Lola, érase una vez-də Lola Valenti rolunu canlandıraraq ilk fəaliyyətini etmişdir. Bundan əlavə Klara Molinanın Nickelodeon gənc dramı Sueña conmigo-dakı bar rolu oynamışdır.[4] Qonzalez, From Dusk till Dawn: The Series (2014–2016) adlı Amerika istehsalı qorxu serialında Santaniko Pandemonium rolu ilə daha da uğur əldə etmişdir. Aksiyon filmi Balaca Sürücü (2017), kiberpunk aksiyon filmi Alita: Döyüş Mələyində (2019) Nyssiana və Forsajın yan istehsalı olan Forsaj: Hobbs və Şau-da Madam M rolları ilə tanınır.[5]
Eiza Qonzalez | |
---|---|
isp. Eiza González | |
![]() | |
Doğum adı | Eiza González Reyna |
Doğum tarixi | 30 yanvar 1990(1990-01-30)[1][2] (35 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, müğənni, mahnı yazarı[d], aparıcı |
Fəaliyyət illəri | 2007-ci ildən |
Təhsili |
|
Boyu | 1,73 m |
IMDb | ID2555462 |
![]() |
Mexiko, Meksikada anadan olan[6] Qonzalez keçmiş model Qlenda Reyna və Karlos Qonzalezin tək qızıdır. Atası on iki yaşında olarkən motorskilet qəzasında ölmüşdür. Eiza atasının ölümünün karyerasına ciddi təsir etdiyi bildirmişdir.[7] Yulen adındakı qardaşı Eizadan on iki yaş böyükdür. Eiza Mexikoda yerləşən iki özəl iki dilli məktəb olan Edron Akademiyasına və Amerika Məktəb Vəqfinə yazılmışdır.[8][9] 16 yaşında ikən gənc televiziya melodramı "Lola…Érase una vez"in baş rolunda yer almadan əvvəl Televisa-nın aktrisalıq məktəbi Centro de Educación Artística-da üç illik kursun iki ilini bitirmişdir.
2013 avqust ayından etibarən Qonzalez Los-Ancelesdə yaşayır[10][11] 2015 sentyabr ayında atasının ölümü səbəbi ilə 15 yaşından 20 yaşına qədər depresiya və zorlayıcı həddən artıq yemək ilə mübarizə apardığını açıqlamışdır.[12][13]
İl | Ad | Rol | Qeyd |
---|---|---|---|
2008 | Horton | Jessica Quilligan | ispanca dublyaj |
2014 | Almost Thirty | Cristina | |
2015 | Jem and the Holograms | Sheila "Jetta" Burns | |
2017 | Balaca Sürücü | Monica "Sevgili" Castello | |
2018 | Welcome to Marwen | Caralala | |
2019 | Paradise Hills | Amarna | |
Alita: Döyüş Mələyi | Nyssiana | ||
She's Missing | Jane | ||
Forsaj: Hobbs və Şau | Bayan M/Magarita | ||
2020 | Bloodshot: Məğlubedilməz Güc | Katie/KT | |
Cut Throat City | Lucinda Valencia | İstehsal sonrası | |
2020 | I Care a Lot | Fran | İstehsal sonrası |
2020 | Love Spreads | Patricia | İstehsal sonrası |
2021 | Qodzilla Konqa Qarşı | İstehsal sonrası |
İl | Ad | Rol | Qeyd |
---|---|---|---|
2007–2008 | Lola, érase una vez | Dolores "Lola" Valente | 224 bölüm |
2008 | Una familia de tantas | Gabriela Ortega | Yayımlanmamış pilot bölüm |
2010–2011 | Sueña Conmigo | Clara Molina/Roxy Pop | 150 bölüm |
2012–2013 | Amores verdaderos | Nikki Brizz Balvanera | 181 bölüm |
2014–2016 | From Dusk Till Dawn: The Series | Santanico Pandemonium | 30 bölüm |
İl | Oyun | Rol | Qeyd |
---|---|---|---|
2008 | Hoy no me puedo levantar | Cameo | |
2012 | I Love Romeo y Julieta | Julieta |
İl | Album haqqında | Siyahılardakı sıralaması | |||||
---|---|---|---|---|---|---|---|
MEK | KAN | İSP | ABŞ | YZ | BK | ||
Contracorriente |
|
13 | - | - | 25 | - | - |
Te Acordarás de Mí |
|
66 | - | - | - | - | - |
"-" işarəli olan ölkələrdə siyahıya girməyib və ya yayımlanmayıb |
İl | Album haqqında |
---|---|
2009 | Mi Destino Soy Yo
|
İl | Single | Siyahılardakı sıralaması | Album | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
MEK | ABŞ | ||||||||||||||||||
2009 | 'Mi Destino Soy Yo' | - | - | Contracorriente | |||||||||||||||
2012 | 'Te Acordarás de Mí'[14] | 24 | - | Te Acordarás de Mí | |||||||||||||||
2012 | Invisible[15] | - | - | ||||||||||||||||
"-" işarəli olan ölkələrdə siyahıya girməyib və ya yayımlanmayıb |