. Love.az

Eksklav - Wikipedia - Love.az

Ana Səhifə - Eksklav

Eksklav (q.yun. ἐξ "-dan, -dən" + lat. clavis "açar" sözlərindən) — ölkəsinin əsas ərazisindən aralıda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren region. Belə ərazi məxsus olduğu ölkənin eksklavı hesab edilir, məxsus olmadığı lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır.

C — B ölkəsinin eksklavıdır, A ölkəsi üçün isə anklavdır.
C — B ölkəsinin eksklavıdır, hansı ki A və D ölkələri tərəfindən əhatə olunub, amma onlar üçün o, anklav sayılmır[1].

Dənizə çıxışı olan eksklav yarımeksklav adlanır. Dəniz hüququna əsasən, digər ölkələrin donanması yarımeksklava aparan yolu bağlaya bilməz. Gündəlik həyatda polueksklav və poluanklavı tez-tez sadəcə eksklav və anklav adlandırılar.

Mündəricat

  • 1 Eksklav nümunələri
  • 2 Yarımeksklav nümunələri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Eksklav nümunələri

redaktə
  • Naxçıvan Muxtar Respublikası — Azərbaycanın tərkibindədir, Ermənistan, İran və Türkiyə tərəfindən əhatələnib.
  • Sankovo-Medvejye — Belarusiyanın Qomel vilayətinin ərazisində yerləşir, amma inzibati olaraq Rusiyanın Bryansk vilayətinə aiddir.
  • Şahmərdan eksklavı və Soh rayonu — Fərqanə vilayətinə aiddir, Qırğızıstanın ərazisində yerləşən Özbəkistan ekslavları hesab olunur.
  • Kampione d'İtalia — İtaliyanın Lombardiya regionunda yerləşən yaşayış məskəni, İsveçrə ərazisi ilə əhatə olunub, İtaliyanın eksklavı və İsveçrənin anklavı sayılır.
  • Lyiviya bələdiyyəsi — İspaniyanın tərkibindədir, Fransa əraziləri ilə əhatə olunub.

Yarımeksklav nümunələri

redaktə
  • Kalininqrad vilayəti — Rusiyaya məxsusdur, amma Polşa, Litva və Baltik dənizi ilə əhatələnib.
  • Kabinda — Anqolaya məxsusdur və Atlantik okeana çıxışı var, Konqo və Konqo Demokratik Respublikası tərəfindən əhatə olunub.
  • Alyaska — ABŞ-nin yarımeksklavı və Kanadanın yarımanklavı.
  • Musəndam — Omanın mühafizəsi (bölgəsi), cənub və əsasən qərb tərəfdən BƏƏ tərəfindən əhatə olunub, İran və Oman körfəzlərinə çıxışı var.

Həmçinin bax

redaktə
  • Anklav

İstinadlar

redaktə
  1. ↑ Evgeni Vinokurov. Теория анклавов (PDF). Kalininqrad: Terra Baltica. 2007. 20. ISBN 978-5-98777-015-3.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eksklav&oldid=8134883"
LOVE.AZ