. Love.az

Elsad Memmedov Milli Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Elsad Memmedov Milli Qehreman

Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Elşad Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1975(1975-02-14)
Doğum yeri
  • Haçaqaya, Xanlar rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (20 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Qırıxlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1993–1995
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Ədəbiyyat
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13–17 mart hadisələri zamanı gülləyə tuş gəlmişdir.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir.

Haçaqaya kənd orta məktəbi Elşad Məmmədovun adını daşıyır.

Daşkəsən yolu üstündə büstü qoyulub.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 194.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Məmmədov Elşad Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
  • Elşad Məmmədov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elşad_Məmmədov&oldid=7911416"
LOVE.AZ