. Love.az

Elaeagnus - Wikipedia - Love.az

Ana Səhifə - Elaeagnus
Bu məqalədəki nümunələr və perspektivlər mövzuya dünya miqyasında baxışı əks etdirməyə bilər.
Siz bu məqaləni təkmilləşdirə, müzakirə səhifəsində məsələni müzakirə edə və ya lazım olduqda yeni məqalə yarada bilərsiniz.

İydə (lat. Elaeagnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinə aid bitki cinsi.

İydə
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
İydəkimilər
Cins:
İydə
Beynəlxalq elmi adı
  • Elaeagnus L., 1753[1][2]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  27769
NCBI  36776
EOL  39936525

Azərbaycanda 2 növü yayılıb: daryarpaq iydə (Eleagnus angustifolia) və Xəzər iydəsi (Eleaegnus caspica). Yuxarıda göstərilənlərdən başqa, Azərbaycanda 2 növ iydə becərilir. Onlardan biri tikanlı və ya daim yaşıl iydə (E. pungens) o biri isə şərq iydəsi (E. orientalis) adlanır.

Azərbaycanda becərilən iydə növləri bəzək, meliorativ və eləcə də xoş dad malik meyvələri bitki hesab olunur. Onların hamısının meyvələri yeməlidir.

İydə meyvəsinin lət hissəsində 40 %-ə qədər şəkərlər vardır ki, bunların da 20 %-ni qlükoza və fruktoza təşkil edir. Bundan əlavə tərkibində selik, zülal maddələr, aşı maddələr, C vitamini, üzvi turşular, boyayıcı maddələr də vardır. Meyvəsinin lət hissəsi kalium və fosfor duzları ilə zəngindir.

Azərbaycanda becərilən iydə ağaclarının meyvələrindən xoşətirli və dadlı nemət kimi geniş istifadə olunur. Bundan əlavə meyvələrin lət hissəsindən alınan aşı və kolloidli maddələrin konsentratı olan "pşatin" preparatından mədə – bağırsaq xəstəliklərində, büzüşdürücü, bakterisid və antiseptik vasitə kimi də istifadə olunur.

Meyvələrindən həmçinin, böyrək xəstəliklərində sidikqovucu, bürüyücü maddə kimi də istifadə edilir. Bundan əlavə boğaz ağrısında, ağız nahiyəsinin iltihabında qarqara dərmanı kimi "loxtan" adı preparatı işlədilir.

İydə ağacının respublikada daha geniş becərilməsi zəruridir.

Növləri

redaktə
  • Daryarpaq iydə (Elaeagnus angustifolia L.)
  • Xəzər iydəsi (Elaeagnus caspica (Sosn.) Grossh.)

İstinadlar

redaktə
  1. ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 57. doi:10.5962/BHL.TITLE.746
  2. ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 121.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İydə&oldid=8083315"
LOVE.AZ