Elbrus Saleh oğlu İsayev (7 oktyabr 1979, Naxçıvan) — Naxçıvan Dövlət Universitetinin rektoru,[1] "Beynəlxalq münasibətlər" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru.
Elbrus İsayev | |
---|---|
![]() | |
Doğum tarixi | 7 oktyabr 1979(1979-10-07) (45 yaş) |
Doğum yeri | |
Elm sahəsi | beynəlxalq münasibətlər |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() |
![]() |
Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar — tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlamışdır.
Ailəlidir, iki övladı var.
2020-ci ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin üzvüdür.
2020-ci ildən Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədridir.
2019-cu ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvüdür.
2019-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Şurasının sədridir.
2019-cu ildən Naxçıvan Dövlət Universiteti "Elmi Əsərlər" jurnalının baş redaktorudur.
2018–2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının sədri olmuşdur.
2018–2019-cu ildən Naxçıvan Müəllimlər İnstitutu "Elmi Əsərlər" jurnalının baş redaktoru olmuşdur.
2014–2018-ci illərdə "Naxçıvan" Universiteti Elmi Şurasının üzvü olmuşdur.
2014-cü ildən "Naxçıvan" Universiteti "Elmi Əsərlər" jurnalının redaksiya heyətinin üzvüdür.
2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
1997–2012-ci illərdə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının üzvü olmuşdur.
1. Böyük İpək yolu və Naxçıvan. (Monoqrafiya)
Monoqrafiyada Böyük İpək yolunun xalqların, ölkələrin tarixi, mədəni-iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbaycanın qədim və orta əsrlər dövründə ticarət və diplomatik əlaqələrindən bəhs olunur. Monoqrafiyada əsas tədqiqat obyekti olaraq qədim Azərbaycan ərazisi olan Naxçıvan götürülmüşdür. Əsərdə Naxçıvan Böyük İpək yolu üzərində əhəmiyyətli məntəqə kimi öyrənilmiş, bölgədə bu yola xidmət edən bir sıra tarixi abidələr ilk dəfə tədqiq olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Əsər geniş oxucu kütləsi və elmi tədqiqat aparan şəxslər üçün nəzərdə tutulur.
2. V–XV əsrlər beynəlxalq ticarət və Azərbaycan
(Magistr hazırlığı üçün dərs vəsaiti)
Dərs vəsaitində Azərbaycan diplomatiya tarixinin mühüm tərkib hissəsi olan beynəlxalq ticarət əlaqələrindən bəhs olunur. Xronoloji çərçivə olaraq V–XV əsrləri əhatə edən dərs vəsaitində mövzunun vəzifələri, Azərbaycanın beynəlxalq ticarət mövqeyinin mahiyyəti, eyni zamanda ticarət əlaqələri nəticəsində formalaşmış mədəni münasibətlərin tarixi kimi məsələlər öz əksini tapmışdır. Vəsait magistrantlar, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.