. Love.az

Eldar Memmedov Herbci - Wikipedia - Love.az

Ana Səhifə - Eldar Memmedov Herbci
Bu adın digər istifadə formaları üçün bax: Eldar Məmmədov.

Eldar Harun oğlu Məmmədov (10 yanvar 1968, Bakı – 24 fevral 1993, Ağdərə, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Eldar Məmmədov
Eldar Harun oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1968(1968-01-10)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 24 fevral 1993(1993-02-24) (25 yaşında)
Vəfat yeri
  • Ağdərə, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növü Sərhəd mühafizəsi
Rütbəsi
Baş leytenant
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 Mənbə
  • 8 İstinadlar

Həyatı

redaktə

Eldar Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra 1985–1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil almışdır. 1989–1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olmuşdur. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbçi kimi fəaliyyətini davam etdirmişdir.

Döyüşlərdə iştirakı

redaktə

Eldar Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən Eldar Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olmuşdur.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin N saylı sərhəd–keçid məntəqəsi E. Məmmədovun adını daşıyır.

Həmçinin bax

redaktə
  • Birinci Qarabağ müharibəsi
  • Erməni terrorizmi

Xarici keçidlər

redaktə
  • Məmmədov Eldar Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
  • Milli Qəhrəmanlar Arxivləşdirilib 2008-01-24 at the Wayback Machine
  • Eldar memmedov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine

Mənbə

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 193.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eldar_Məmmədov_(hərbçi)&oldid=8098611"
LOVE.AZ