. Love.az

Eldar Piriyev - Wikipedia - Love.az

Ana Səhifə - Eldar Piriyev

Piriyev Eldar Rizvan oğlu — azərbaycanlı filoloq, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının professoru.

Eldar Piriyev
Eldar Rizvan oğlu Piriyev
Doğum tarixi 1954
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri BSU Türkologiya kafedrası
Təhsili BDU Filologiya fakültəsi

Həyatı

redaktə

Eldar Piriyev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin Filolofiya fakültəsini bitirmişdir. Bir müddət ASE-də elmi redaktor və İranda tərcüməçi işlədikdən sonra 1982-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna işə qəbul olunmuşdur. 1983-cü ildən müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır, 2008-ci ildən Türkologiya kafedrasının professoru vəzifəsində işləyir. 2002–2014-cü illərdə Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin dekanı olmuşdur. 1989-cu ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 75-dən artıq elmi məqalə, 4 monoqrafiya, 1 metodik vəsait və 2 dərs vəsaitinin müəllifidir.

2012-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" nominasiyası üzrə diploma layiq görülmüş və qızıl medalla təltif olunmuşdur.

Xarici keçidlər

redaktə
  • [1] Arxivləşdirilib 2012-05-07 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eldar_Piriyev&oldid=7961995"
LOVE.AZ