Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Eldar Rzayev (azərb. Rzayev Eldar Həmid oğlu; 17 iyul 1968) — Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri[1], 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir.[2]
Eldar Rzayev | |
---|---|
Eldar Həmid oğlu Rzayev | |
![]() | |
23 iyun 2017 – indiyə kimi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri | Bakı şəhəri |
Eldar Həmid oğlu Rzayev 17 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir, daha sonra Fransa Respublikasının Milli Administrasiya Məktəbinin (ENA) ixtisasartırma kurslarında təhsilini davam etdirmişdi. Hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyinə 1994-cü ildə Gənclər və İdman Nazirliyində başlamışdır. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Dövlət Protokolu İdarəsinin rəis müavini olmuşdur.
2003-cü ildə Vatikan Dövlətinin Müqəddəs Böyük Qreqori (Ordine di San Gregori Magno) ordeni ilə təltif olunmuşdur.
2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətində işə başlamış, 2005–2007-ci illər arasında Prezidentin Protokol xidmətinin Protokol təminatı sektorunun müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2007-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — sektor müdiri vəzifəsinə təyin edilmişdir.[3]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin olunmuşdur.[4]
17 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə E. H. Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[5]
2-ci dərəcəli dövlət müşaviridir.
22 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə E. H. Rzayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[6]
İngilis, fransız, rus və ərəb dillərini bilir.
Evlidir, bir qızı var.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
1. https://azertag.az/, Ömrünün kamillik zirvəsində
2. https://haqqin.az/, Самый чуткий протокол — выше не бывает