Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Eldar Bəşir oğlu Sultanov — Polis zabiti və Çernobıl faciəsində likvidator.
Eldar Sultanov | |
---|---|
Eldar Bəşir oğlu Sultanov | |
Doğum tarixi | |
Vəfat tarixi | 2020 |
Uşağı | 3 |
Atası | Bəşir Sultanov |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Polis zabiti |
Fəaliyyəti | polis, Çernobıl likvidatorları |
Tanınır | Çernobıl faciəsində likvidator |
Mükafatları |
![]() |
1972-ci ildə Bakıda polis kimi işə başlayıb.[1] 1974-cü ildə Ukraynaya təyinat alıb.[1]
1986-ci il aprelin 26-da Çernobıl faciəsi baş verəndə, Eldar Sultanov Ukraynanın Qostomel şəhərində polis zabiti idi.[1] Qəzadan bir neçə gün sonra, axşam xəbərlərində Çernobıl alovlara bürünmüş nüvə zavodunu görəndən sonra, hərbi komissarlığa yollanaraq, könüllü olaraq xilasetmə əməliyyatlarında iştirak etmək qərarına gəlir.[1][2] Hadisə zamanı, bir çox könüllü kimi sənəd imzalayaraq, bütün məsuliyyəti öz üzərinə götürmüşdü.[1]
İşə başlayandan bir neçə həftə sonra şualanma Sultanova da təsir etdi. O bir ay müddətində xəstəxanada müalicə aldı, daha sonra yenidən təmizləmə işlərinə geri qaytarıldı.[1] Bir il sonra, 1987-ci ilin may ayında, o, yarı iflic olmuş vəziyyətdə zəhərli bölgəni tərk etdi.[1] O, Kiyevdəki xəstəxanada 5 ay müddətində radiasiyaya qarşı müalicə aldı.[1] Onun sözlərinə görə:
Mən görmə qabiliyyətimi itirmişdim, və yalnız divardan tutaraq yeriyə bilirdim. Mən hardasa bu şəraitdə iki üç ay bu şəraitdə yaşadım. Normal həyata qayıdacağıma heç kim inanmırdı. Sonra yavaş-yavaş sağalmağa başladım.[1] |
Xəstəxanada Sultanova xəstəliyimin anadangəlmə olduğu və şualanma ilə heç bir əlaqəsi olmadığı bildirildi.[1] Daha sonra Eldar Sultanov xəstəliyinin şualanmanın təsirindən yarandığının təsdiq edilməsi üçün Ukraynanın Səhiyyə Nazirliyinə müraciət edir.[1] 1987-ci ildə Sultanov şüalanma diaqnozu təsdiqlənərək, ilk rəsmi Çernobıl faciəsi əlillərindən biri olmuşdur.[1]
1990-cı ildə faciənin 4-cü il dönümündə könüllülər tərəfindən Azərbaycan "Çernobıl Əlilləri" beynəlxalq ittifaqı yaradıldı və Sultanov cəmiyyətin sədr köməkçisi oldu.[1][3]
2020-ci ildə Covid-19 pandemiyası səbəbi ilə vəfat edib.[4]
Üç övladı var. Uşaqlıqdan nərd oynamağı sevir və Azərbaycanda bir neçə yarışın qalibi olub.[1][1]