Eleni Qlikadzi-Arveler (yun. Ελένη Γλύκατζη-Αρβελέρ, fr. Hélène Ahrweiler; 29 avqust 1926[1], Afina[3]) — Bizansşünas yunan tarixçisi və universitet professoru. O, 1967-ci ildə Sorbonna Universitetində tarix fakültəsinə rəhbərlik edən ilk qadın, 1976-cı ildə isə bu universitetin 700 illik tarixində ilk qadın rektoru olub. 2008-ci ildə "Böyük yunanlar" televiziya şousu zamanı o, bütün zamanların ən yaxşı 100 ən böyük yunanının siyahısında 86-cı yerdə qərar tutub. O, BMT Uşaq Fondunun xoşməramlı səfirlərindən biridir.
Eleni Qlikadzi-Arveler | |
---|---|
yun. Ελένη Γλύκατζη | |
![]() | |
Doğum adı | Hélène Glykatzi[2] |
Doğum tarixi | 29 avqust 1926(1926-08-29)[1] (98 yaş) |
Doğum yeri | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
O, 29 avqust 1926-cı ildə Afinada Kiçik Asiyadan olan yunan qaçqınları ailəsində anadan olub. Ailəsinin mənsubiyyəti onun tarixçi kimi yetişməsinə təsir etmişdir. Fəlsəfə fakültəsini (Afina Universiteti) bitirib. Yunanıstanın alman-italyan-bolqar işğalı illərində o, sonradan məşhurlaşmış yunan bəstəkarı Manos Hadzidakis ilə birgə Milli Panhellenik Gənclər Təşkilatının üzvü kimi Müqavimət hərəkatında iştirak etmişdir. Təhsilini başa vurduqdan sonra Afinada Kiçik Asiya Tədqiqatları Mərkəzində elmi işçi vəzifəsində çalışıb. O, 1953-cü ildə "École pratique des hautes études" də (Qabaqcıl Tədqiqatlar Praktik Məktəbində) təhsilini davam etdirmək üçün Parisə köçmüş və burada tarix üzrə doktorluq dərəcəsi almışdır. Fransada 2 il qaldıqdan sonra o, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinə qəbul olunub. 1964-cü ildə Mərkəzin direktoru, 1967-ci ildə isə Sorbonnanın professoru, eyni zamanda ədəbiyyat elmləri doktoru adını alıb. Bizans və Xristian Arxeologiyası Tarixi və Mədəniyyəti Mərkəzinin direktoru olub.
1970–1973-cü illərdə Paris I Panteon-Sarbonna Universitetinin prorektor, 1976–1981-ci illərdə isə rektoru olub. Arveler universitet tarixində bu vəzifəni tutan ilk qadın olub.
Burada o, fransız ordusunun zabiti Jak Arveler ilə tanış olub və onunla evlənib. Onunla nikahından bir qız övladı doğulub.[5] 1982-ci ildə Fransa prezidenti Fransua Mitteran onu həm Paris Akademiyasının rektoru, həm də bütün Paris universitetlərinin kansleri təyin edib. Eleni Arveler 1989-cu ilə qədər bu vəzifədə qalıb. 1989-cu ilin fevralından 1991-ci ilin avqustuna qədər Pompidu Mərkəzinin prezidenti təyin edilib.
O, həm də Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin, Yunanıstan Delfi Avropa Mədəniyyət Mərkəzinin Etika Komitəsinin prezidenti və Beynəlxalq Bizans Tədqiqatları Assosiasiyasının fəxri prezidentidir.
Onun əsərləri əsasən Bizansşünaslıq sahəsinə aiddir. Ən mühüm əsərlərindən "IX-X əsrlərdə Bizans İmperiyasının idarəçiliyi haqqında tədqiqatlar" (1960), "Bizans və Dəniz" (1966), "Bizansın idarəçilik və ictimai strukturunun təşkili haqqında tədqiqatlar" (1971), "Bizans, ölkə və sərhədləri" (1976), "Bizans imperiyasının siyasi ideologiyası" (1976),[6] "Bizans coğrafiyası", "Aralıq dənizi dünyasının tarixi coğrafiyası"nı misal göstərmək olar. Arveler həm liberal, həm də ifadə azadlığına baxışları ilə tanınır. Özü də müsahibələrinin birində dediyi kimi: "Mən Sorbonnanın rektoru olanda heç vaxt polisin şəxsi iştirakım olmadan universitetə daxil olmasına icazə verməmişəm".
Eleni Qlikadzi-Arveler bu gün Yunanıstanda və xaricdə çoxlu sayda mühazirə və çıxışları ilə tanınır. Xüsusilə də bizansşünaslığın ən görkəmli tədqiqatçılarından biri hesab edilir. Onun kitablarına "İki türk işğalı arasında Smirna" (1975), "Bizansda diaspora" (1995), "Avropanın yaranması" (2000) və "Niyə Bizans?" (2010) da daxildir.[7]
Arveler aşağıdakı Britaniya Akademiyası, Afina Elmlər Akademiyası, Berlin-Brandenburq Elmlər və İncəsənət Akademiyası, Bolqarıstan Elmlər Akademiyası və Belçika Kral Elmlər və İncəsənət Akademiyasının müxbir üzvüdür. Arveler bir sıra fəxri elmidərəcələrə malikdir və Fransanın aşağıdakı mükafat və titullarına layiq görülüb:
1984-cü ildə Arveler Olimpiya ordeni ilə təltif edilib.[8]