. Love.az

Elizabet Blekborn - Wikipedia - Love.az

Ana Səhifə - Elizabet Blekborn

Elizabet Elen Blekbörn (d.26.11.1948, Avstraliya, Hobart ş.) — Amerika sitogenetiki, Nobel mükafatı laureatı (2009, K. Qreyder və C. Şostak ilə birlikdə).[4]

Elizabet Blekbörn
ing. Elizabeth Blackburn
Elizabet Blekbörn 2012-ci ildə AİC qızıl medalı ilə
Elizabet Blekbörn 2012-ci ildə AİC qızıl medalı ilə
Doğum tarixi 26 noyabr 1948 (76 yaş)
Doğum yeri Avstraliya, Hobart
Elm sahələri Molekulyar və hüceyrə biologiyası
Elmi dərəcəsi Böyük Britaniya doktorluq dərəcəsi
İş yerləri London Kral Cəmiyyəti, Amerika Mikrobiologiya Akademiyası
Alma-mater Kembric Universiteti, Melburn Universiteti
Təhsili
  • Melburn Universiteti (–1972),
  • Kembric Universiteti (–1975)[1]
Elmi rəhbəri Frederik Senger
Tanınmış yetirməsi Karol Qreyder
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası (1993–)[2],
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • London Kral Cəmiyyəti[3]
Mükafatları Nobel mükafatı laureatı
biochemistry2.ucsf.edu/labs/blackburn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Mükafat və təltifləri
  • 4 Şəxsi həyatı
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

London Kral cəmiyyətinin (1992), Amerika Mikrobiologiya Akademiyasının üzvüdür (1993). Melburn Universitetini (1972) bitirmişdir. 1975-ci ildə Kembric Universitetində (Böyük Britaniya) doktorluq dərəcəsini almışdır.[4]

Fəaliyyəti

redaktə

1975–77-ci illərdə Yel Universitetində (ABŞ, Konnektikut ştatı) molekulyar və hüceyrə biologiyası sahəsində çalışmış, Berklidəki Kaliforniya Universitetində (1978-ci ildən), San-Fransiskodakı Kaliforniya Universitetində (1990-cı ildən), Solk İnstitutunda fəaliyyət göstərmişdir. Telomeraza fermentini, bu fermentin köməyi ilə xromosomların mühafizə mexanizmini kəşf etmişdir.[4]

Mükafat və təltifləri

redaktə
  • Avstraliya mükafatı (1998)
  • Harvi mükafatı (1999)
  • Keio Tibbi Elm Mükafatı (1999)
  • Kaliforniya İlin Elm Adamı 1999-cu il
  • Kaliforniya Hall of Fame (2011) 
  • Nobel Mükafatı Laueratı (2009)

Şəxsi həyatı

redaktə

Blekbörn həyat yoldaşı Con Ve Sedat ilə San-Fransiskoda yaşayır və onların Benjamin adında bir oğulları var.[5]

İstinadlar

redaktə
  1. ↑ http://www.salk.edu/news-release/nobel-laureate-elizabeth-blackburn-named-salk-institute-president/.
  2. ↑ www.nasonline.org (ing.).
  3. ↑ Fellows Directory (brit. ing.).
  4. ↑ 1 2 3 Belkbörn// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 582.
  5. ↑ UCSF's Elizabeth Blackburn Receives Nobel Prize in Physiology or Medicine, By Jennifer O'Brien. Arxivləşdirilib 2009-12-11 at the Wayback Machine Press release.

Xarici keçidlər

redaktə
  • Nobelprize.org bio
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elizabet_Blekbörn&oldid=6315612"
LOVE.AZ