. Love.az

Elizabet Qudric - Wikipedia - Love.az

Ana Səhifə - Elizabet Qudric

Elizabet Qudric (1798[1][2][…], Templton[d], Massaçusets – 1882[1][2][…]) — amerikalı rəssam.

Elizabet Qudric
ing. Elizabeth Goodridge
Doğum tarixi 1798[1][2][…]
Doğum yeri
  • Templton[d], Vuster dairəsi[d], Massaçusets, ABŞ
Vəfat tarixi 1882[1][2][…]
Fəaliyyəti rəssam
Janr portret
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Ailə həyatı
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Qudric Massaçusets ştatının Templeton şəhərində anadan olub. Onlar ailədə 7 uşaq olub. Bacısı Sara Qudric də miniatür ustası olub. 1820-ci illin sonlarda Elizabet miniatürlər çəkməyə başlamışdır. Çəkdiyi miniatürlər texniki baxımdan zəif olsa da , üslub baxımından bacısının əl işlərinə bənzəyirdi.[3] Eliza hələ uşaq yaşlarından rəsm çəkməyə başlayıb və sənətə meyl göstərib. Lakin onun yaşadığı dövrdə qadınların təhsil alma imkanları məhdud olduğundan o , özü öz üzərində işləyib özünü inkişaf etdirib.[4]

Karyerası

redaktə

Elizabetin professional karyerasına bacısı Sara ilə bərabər Bostonda başladığı təxmin edilir. Lakin o həyatının çox hissəsini Massaçusetsdə keçirib. 1830-1840-cı illərdə Vosçestrə bir neçə dəfə səfər etdi. Səfərlər zamanı Foster ailəsinin üzvləri ilə tanış olub bir müddət onlarla bərabər yaşayıb. Yaşadığı müddət ərzində onlarım portretlərini də çəkib.[5]

Qudricin daha yaxşı tanınan miniatürləri:

  • Alis Kudray, Metropolitan İncəsənət Muzeyi,
  • Stiven Solsberi III (1838),
  • Fil sümüyü üzərində akvarel, Vorçester İncəsənət Muzeyində;
  • Sofiya Dvayt Foster Börnsayd (təxminən 1830), Amerikan Antika Sosyetə kolleksiyasında;
  • Culiya Porter Dvayt (təxminən 1832), Yale Universitetinin İncəsənət Qalereyasında.[6]

Ailə həyatı

redaktə

Elizabet 1849-cu ildə, əlli bir yaşı olarkən polkovnik Efraim Stounla evlənib. Stounun Templetonda ümumi mağaza və mişar dəyirmanı var idi.[7]

Həmçinin bax

redaktə
  • Sara Qudric
  • Vilyam Edvard Vest
  • Ceyms Frotinqam

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 RKDartists (nid.).
  2. ↑ 1 2 3 4 Eliza Goodridge // Union List of Artist Names (ing.).
  3. ↑ Johnson, Dale T. American Portrait Miniatures in the Manney Collection (New York: Metropolitan Museum of Art, 1990), pp.123–24.
  4. ↑ 16" (PDF). Retrieved 2017-01-04
  5. ↑ Strickler, Susan, American Portrait Miniatures (Worcester: Worcester Art Museum, 1989), p. 63.
  6. ↑ Posluszny, Susan. "Call them vertically-challenged". Yale Daily News. Archived from the original on 2010-01-11.
  7. ↑ Strickler, p. 63

Xarici keçidlər

redaktə
  • https://www.ancestry.com/search/categories/42/?name=_Goodbridge
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elizabet_Qudric&oldid=7592069"
LOVE.AZ