Elman Fərman oğlu Allahverdiyev (16 mart 1958, Mirbəşir rayonu) — Azərbaycan mühəndisi və dövlət xadimi, Bərdə Rayon İcra Hakimiyyətinin (1996–2006) və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı (1994–1996).
Elman Allahverdiyev | |
---|---|
17 avqust 1996 – 29 mart 2006 | |
Əvvəlki | Azay Abdıyev |
Sonrakı | İlham Ağayev |
21 iyun 1994 – 17 avqust 1996 | |
Əvvəlki | Sərdar Həmidov |
Sonrakı | İsa Allahverdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 mart 1958(1958-03-16) (67 yaş) |
Doğum yeri | |
Təhsili |
Elman Fərman oğlu Allahverdiyev 16 mart 1958-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.[1]
Elman Allahverdiyev əmək fəaliyyətinə Bərdə şəhərindəki 32 saylı Tikinti Quraşdırma İdarəsində betonçu kimi başlamışdır. 1982-ci ildən Bərdə 1 saylı Su Tikinti İdarəsində usta, istehsalat-plan şöbəsində mühəndis, idarə rəisinin müavini, baş mühəndis olmuş, 1988-ci ildən "Başmeliorasiyasutikinti" idarəsində material-texniki təchizat sahəsinin rəisi, 9 saylı Bərdə dəmir-beton məmulatları zavodunda direktor işləmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin 21 iyun 1994-cü il tarixli Fərmanı ilə Elman Allahverdiyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş[2] və bu vəzifədə 17 avqust 1996-cı ilədək çalışmışdır.[3] Həmin tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş[4] və 29 mart 2006-cı ildə vəzifəsindən azad edilmişdir.[5]