. Love.az

Elmar Allahverdiyev - Wikipedia - Love.az

Ana Səhifə - Elmar Allahverdiyev

Elmar Saleh oğlu Allahverdiyev (4 noyabr 1986, Cəfərabad, Şəki rayonu) — Azərbaycan hərbi xadimi, kəşfiyyatçı.

Elmar Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 4 noyabr 1986(1986-11-04) (38 yaş)
Doğum yeri
  • Cəfərabad, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Qoşun növü Kəşfiyyat
Rütbəsi Kapitan
Təltifləri "Cəsur döyüşçü" medalı — 20212021 "Qubadlının azad olunmasına görə" medalı — 20202020 "Füzulinin azad olunmasına görə" medalı — 20202020 "Şuşanın azad olunmasına görə" medalı — 20202020 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 20152015 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 20082008 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 20132013

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Fəaliyyəti
  • 3 İştirak etdiyi döyüşlər
  • 4 Təltifləri
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Həyatı və təhsili

redaktə

Elmar Allahverdiyev 4 noyabr 1986-cı il Şəki rayonu Cəfərabad kəndində anadan olub.

2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil almışdır. 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit, 2010–2011-ci isə illərdə Silahlı Qüvvəllərin təlim-tədris mərkəzi Kəşfiyyat ixtisaslaşdırma kurslarını keçmişdir.

Fəaliyyəti

redaktə
  • 2010–2013-cü illərdə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, N saylı hərbi hissədə Taqım komandiri kimi çalışıb;
  • 2013–2016-cı illərdə Tərtər rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri;
  • 2016–2017-ci illərdə Goranboy rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri;
  • 2017-ci ilin may ayında "Tərtər işi" zamanı şərlənib tutulub və ən ağır işgəncələrə məruz qalıb. Bu hadisələrdən sonra Elmar Allahverdiyev ordudan tərxis edilib.[1]
  • 2020-ci ilin oktyabr ayında işğal altında olan torpaqların azadlığı uğrunda başlamış hərbi əməliyyatlarda könüllü olaraq yenidən ordu sıralarına qatılaraq kəşfiyyat bölük komandiri vəzifəsində iştirak etmişdir.
  • 2020-ci il 5 noyabr tarixində Daşaltı kəndi istiqmətində gedən döyüşlərdə yaralanmışdır.[2]
  • 2021-ci il 9 avqust tarixində könüllü olaraq ordu sıralarından ehtiyata buraxılmışdır.

İştirak etdiyi döyüşlər

redaktə
  • 2016-cı il aprel ayında düşmən işğalı altında olan Seysulan kəndinin azad oluması uğrunda döyüşlərdə kəşfiyyat komandiri kimi iştirak edib.
  • 2020-ci il 44 günlük Vətən müharibəsində düşmən taptağı altında olan Füzuli, Hadrut, Qubadlı, Şuşa istiqamətlərində döyüşlərdə kəşfiyyat bölük komandiri vəzifəsində iştrak edib.

Təltifləri

redaktə
  • 2008-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif olunmuşdur.
  • 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur.
  • 2015-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
  • 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
  • 29 dekabr 2020-ci ildə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.[3]
  • 9 dekabr 2020-ci ildə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.[4]
  • 24 iyun 2021-ci ildə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.[5][6]

İstinadlar

redaktə
  1. ↑ ""Tərtər işi"nin üstünü niyə örtməyə çalışırlar? - Kəşfiyyatçı Elmar Allahverdiyev "Çətin sual" qarşısında". 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-26.
  2. ↑ "Kəşfiyyatçı Elmar Allahverdiyev Daşaltı və Şuşanın azad edilməsindən danışdı". dominant.az. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
  3. ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2021.
  4. ↑ ""Şuşanın azad olunmasına görə" medallar ilə təltif olunan hərbiçilər". ikisahil.az. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2021.
  5. ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". xalqqazeti.com. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2021.
  6. ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". mod.gov.az. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2021.

Xarici keçidlər

redaktə
  • ""Tərtər işi"". www.gununsesi.info. İstifadə tarixi: 13 noyabr 2021.
  • "Kəşfiyyatçı Elmar Allahverdiyev". youtube.com. İstifadə tarixi: 13 noyabr 2021.
  • "Hərbi qulluqçular "Cəsur döyüşçü" medalı ilə təltif edildi". 101.az. İstifadə tarixi: 13 noyabr 2021.
  • "Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb". strateq.az. İstifadə tarixi: 13 noyabr 2021.
  • Məşhur kəşfiyyatçı Elmar Allahverdiyev sirləri açdı və Vətən xainlərini tam ifşa etdi

Həmçinin bax

redaktə
  • Quru qoşunları
  • Azərbaycan Silahlı Qüvvələri
  • Şuşanın azad edilməsi
  • Qubadlının azad edilməsi
  • Füzulinin azad edilməsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elmar_Allahverdiyev&oldid=7303001"
LOVE.AZ