. Love.az

Elnur Rzayev - Wikipedia - Love.az

Ana Səhifə - Elnur Rzayev

Elnur Şahbaz oğlu Rzayev (2 aprel 1980, Aşağı Şorca, Vardenis rayonu) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı.

Elnur Rzayev
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
31 oktyabr 2019-cu ildən
ƏvvəlkiŞəmsəddin Xanbabayev
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
2015 – 2019
ƏvvəlkiNaqif Həmzəyev
SonrakıSəməd Tomuyev
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1980(1980-04-02) (45 yaş)
Doğum yeri
  • Aşağı Şorca, Vardenis rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

redaktə

Elnur Rzayev 2 aprel 1980-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment" ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İstehsal sistemlərinin idarəedilməsi" ixtisası üzrə magistr, 2010–2013-cü illərdə Azərbaycan Respublikasınn Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə" idarəetməsi ixtisası üzrə təhsil almışdır. 2002–2003-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

2004–2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009–2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, 2013–2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru, 2015–2019-cu illərdə isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır[1].

Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[2]

Ailəlidir. 3 övladı var.

İstinadlar

redaktə
  1. ↑ Naqif Həmzəyevin yerinə təyinat oldu Arxivləşdirilib 2016-03-01 at the Wayback Machine — 3. dekabr 2015
  2. ↑ "E.Ş.Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elnur_Rzayev&oldid=7838574"
LOVE.AZ