. Love.az

Elyar Muradov - Wikipedia - Love.az

Ana Səhifə - Elyar Muradov

Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi.

ELYAR MURADOV
Elyar Həbib oğlu Muradov
Doğum tarixi 14 iyun 1963 (61 yaş)
Doğum yeri Qumlaq, Cəbrayıl
Fəaliyyəti mühəndis
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 20122012

Həyatı

redaktə

Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb.

Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib.

Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb.

Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.

Elyar Muradov 9 mart 2004-cü ilədə günümüzədək Azərbaycan Dəmir Yolu Sərnişin daşımaları Departamentinin rəisi vəzifəsində çalışır.

Mükafatları

redaktə

2012-ci ildə Prezidentin fərmanı ilə "Əməkdar mühəndis" adını alıb. Fəxri dəmiryolçudur.

Həmçinin bax

redaktə
  • Azərbaycan Respublikasının əməkdar mühəndislərinin siyahısı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elyar_Muradov&oldid=7316418"
LOVE.AZ