. Love.az

Emil Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Emil Abdullayev
Emil Abdullayev
Emil Səməd oğlu Abdullayev
Doğum tarixi 30 iyun 1989 (35 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Səməd Abdullayev
Fəaliyyəti Ssenari müəllifi, Quruluşçu Rejissor
Fəaliyyət illəri 2014—2017
İstiqamət Komediya janrı

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Filmoqrafiya
  • 4 Xarici keçidlər
    • 4.1 Videolar
    • 4.2 Mətbuatda EmiL Abdullayev haqda

Həyatı

redaktə

Emil Abdullayev 1989-cu il iyunun 30-da Bakı şəhərində doğulmuşdur. 1995—2006-cı illərdə Səməd Abdullayev adına 290 saylı orta məktəbdə təhsil almışdır. 2006—2011-ci illərdə “Odlar Yurdu” universitetində qiyabi ali təhsil alan Emil Abdullayev 2008— 2009-cu illərdə hərbi xidmətdə olmuşdur. 2009—2011-ci illərdə isə Türkiyədə “3D Akademi”-də təhsil almış və təhsilini xüsusi fərqlənmə diplomları ilə bitirmişdir. 

Karyerası

redaktə

Emil Abdullayev 2011-ci ildə "M Group Production" şirkətində rejissor kimi işə başlamış və 2012—2014-cü illərdə ANS teleakanalında yayımlanan “Bu da bu” yumoristik telelayihənin quruluşçu rejissoru kimi fəaliyyət göstərmişdir.

2014-cü ildə "My name is İntiqam" komediya filminin quruluşçu rejissoru olmuşdur. Eyni zamanda filmin bütün montajını da özü etmişdir. (Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir.) Emil Abdullayev My name is İntiqam filminin quruluşçu rejissoru olmaqla, Azərbaycan kino tarixində ən gənc uzunmetrajlı film çəkmiş rejissor kimidə tarixə düşüb

2015—2016-cı illərdə “Azad Azərbaycan” və “İlk Media” şirkətinin məhsulu olan və "Bozbash Pictures"in istehsalı olan “Axırıncı yol” macəra komediyasının quruluşçu rejissoru olmuşdur. (Xatırladaq ki, Axırıncı Yol filmi Azərbaycan müstəqil olduqdan sonra kinoteatrlarda yerli və xarici filmlər arasında 30 gün ərzində 100.000 baxış sayı toplamış yeganə filmdir.) Eyni zamanda "Axırıncı Yol" macəra komediyasının bütün montajını da Emil Abdullayev özü etmişdir[1].

Filmoqrafiya

redaktə
  1. My name is İntiqam (film, 2014)
  2. 25 ilin akkordları (film, 2016)
  3. Axırıncı yol (film, 2016)
  4. Stalinin başı (film, 2016)

Xarici keçidlər

redaktə
Videolar
redaktə
  • My name is İntiqam 1 - Rəsmi Treyler
  • "Axirinci Yol" - Trailer (Bozbash Pictures)
  • EmiL Abdullayevin rəsmi YouTube səhifəsi
Mətbuatda EmiL Abdullayev haqda
redaktə
  • My name is İntiqam' bu işdə bir körpü olacaq' - Filmin rejissoru
  • "CinemaPlus" kinoteatrında "Axırıncı Yol" komediyasının nümayişinə start verildi
  • Azərbaycanlı aktyor: "Zamanın tələbinə uyğun 18+ epizodlar..."
  • "Bozbash pictures"in yeni layihəsi - "Axırıncı yol"
  • “Bozbaş”ın oğlanları “Axırıncı yol”da
  • Кинотеатр «CinemaPlus» приступил к показу самой ожидаемой комедии года «Axırıncı Yol»
  • Гала-вечер с героями Bozbash Pictures в Баку
  • Azərbaycan kinosuna yeni nəfəs: “My name is İntiqam” filminin premyerası oldu Arxivləşdirilib 2014-12-04 at the Wayback Machine
  1. ↑ Fərid Ədalət. "Azərbaycan kinosuna yeni nəfəs: "My name is İntiqam 1" filminin premyerası oldu". Gün.Az (az.). gun.az. 29 November 2014. 2014-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Emil_Abdullayev&oldid=8012238"
LOVE.AZ