. Love.az

Emin Milli - Wikipedia - Love.az

Ana Səhifə - Emin Milli
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.

Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. Almaniyaya köçmüşdür və hal-hazırda orada yaşayır.

Emin Milli
Doğum tarixi 14 oktyabr 1979(1979-10-14) (45 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti dissident
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Həbsləri
  • 2 Həmçinin bax
  • 3 İstinadlar

Həyatı

redaktə

Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır.[1] 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir.

Həbsləri

redaktə
  • 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Cinayətdə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.[2] 2010-cu il noyabrın 19-də Salyan Rayon Məhkəməsində həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və məhkəmə zalından azadlığa buraxılıb[3].
  • Bakıda sülh nümayişlərçilərə qarşı güc istifadə etməyə qarşı aksiyada iştrak etdiyi üçün 2012-ci ilin yanvar ayının 27-də 15 sutkaya həbs olundu.[4]

Həmçinin bax

redaktə
  • Meydan TV

İstinadlar

redaktə
  1. ↑ "Emin Milli həbsxanaya qayıtdı". 5 iyl 2010. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-04 – www.azadliq.org vasitəsilə.
  2. ↑ Emin Milli internet yoxluğundan şikayətçidir [ölü keçid]
  3. ↑ "Emin Milli də həbsdən çıxdı". 2010-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-19.
  4. ↑ Газета "Həftə-Неделя" (№ 4 (731) 01.02.2013–07.02.2013), "AZƏRBAYCAN" nəşriyyatı.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Emin_Milli&oldid=7972780"
LOVE.AZ