. Love.az

Emmanuil Karalis - Wikipedia - Love.az

Ana Səhifə - Emmanuil Karalis

Emmanuil Karalis (yun. Εμμανουήλ Καραλής; 20 oktyabr 1999[1]) — dirəklə tullanma üzrə ixtisaslaşmış yunan atleti.

Emmanuil Karalis
yun. Εμμανουήλ Καραλής
Şəxsi məlumatlar
Vətəndaşlığı Yunanıstan Yunanıstan
Milliyəti yunan
Doğum tarixi 20 oktyabr 1999(1999-10-20)[1] (25 yaş)
Boyu 1.85 sm
Çəkisi 84 kq
İdman növü yüngül atletika (dirəklə tullanma)
Medallar
Olimpiya Oyunları
Bürünc Paris 2024 dirəklə tullanma
Qapalı məkanda Atlerika üzrə Dünya çempionatı
Bürünc Qlazqo 2024 dirəklə tullanma
Gümüş Nankin 2025 dirəklə tullanma
Avropa çempionatı
Gümüş Roma 2024 dirəklə tullanma
Qapalı məkanda Atletika üzrə Avropa çempionatı
Gümüş İstanbul 2023 dirəklə tullanma
Qızıl Apeldorn 2025 dirəklə tullanma
Avropa Oyunları
Bürünc Krakov 2023 dirəklə tullanma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2015-ci ildən peşəkar səviyyədə çıxış edən atlet qapalı məkanda keçirilən Dünya çempionatının bürünc medal, 2024-cü il Avropa çempionatının gümüş medal, qapalı məkanda keçirilən Avropa çempionatının gümüş medal mükafatçısı, ikiqat Balkan çempionu, dəfələrlə Yunanıstan çempionu,[2] 2024-cü il Paris Yay Olimpiya Oyunlarının iştirakçısı.

Həyatı

redaktə

Emmanuil Karalis 20 oktyabr 1999-cu ildə Yunanıstanın Xaniya şəhərində anadan olub. Atası yunan, anası isə uqandalıdır.

O, beynəlxalq səviyyədə ilk böyük uğurunu 2015-ci il mövsümündə Yunanıstan yığmasına qoşulduğu və Kali şəhərində keçirilən gənclər arasında Dünya çempionatında çıxış edərək dirəklə tullanmada bürünc medal qazandığı zaman əldə edib.[3][4]

2016-cı ildə Tiflisdə keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub. Bıdqoş şəhərində keçirilən yeniyetmələr arasında Dünya çempionatında dördüncü olub.[2][5]

2017-ci ildə Belqradda qapalı məkanda keçirilən Avropa çempionatında 11-ci yeri tutmuş, Qrossetoda keçirilən yeniyetmələr arasında Avropa çempionatında bütün cəhdləri uğursuzluqla nəticələnmiş, Londonda keçirilən Dünya çempionatında iştirak etmişdir.

2018-ci ildə Birminhemdə qapalı məkanda keçirilən Dünya çempionatında beşinci olub.

2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında dördüncü oldu, Qavledə keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazandı,[2][6] Pravetsdə keçirilən Balkan çempionatında bütün rəqiblərini geridə qoydu və Dohada keçirilən Dünya çempionatında yarışdı.[2][7]

2021-ci ildə Smederevoda Balkan çempionatının qalibi olub və Tallində keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.[2][8] O, bir sıra uğurlu çıxışlar sayəsində Tokioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmək hüququ qazanıb – dirəklə tullanmanın finalında o, 5,80 metr nəticə göstərərək yarışın yekun protokolunda dördüncü olub.[2][9]

2022-ci ildə Oreqonda keçirilən Dünya çempionatında və Münhendə keçirilən Avropa çempionatında dirəklə tullanma üzrə yarışsa da, hər iki yarışda finala yüksələ bilmədi.

2023-cü ildə İstanbulda qapalı məkanda keçirilən Avropa çempionatında[10] və Krakovda keçirilən Avropa Oyunlarında gümüş medal qazanıb.[11] O, Budapeştdə keçirilən dünya çempionatında iştirak etsə də, nəticə əldə edə bilməyib.

2024-cü ildə Qlazqoda qapalı məkanda keçirilən Dünya çempionatında bürünc medal qazanaraq,[12] Parisdə keçirilən Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.[13]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Emmanouil Karalis // World Athletics database.
  2. ↑ 1 2 3 4 5 6 "Emmanouil KARALIS | Profile | World Athletics - βλ. Honours". worldathletics.org. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  3. ↑ "Источник". 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
  4. ↑ "Ο ταλαντούχος Εμμανουήλ Καραλήςwebsite=www.sport24.gr" (yunan). İstifadə tarixi: 2024-03-04.
  5. ↑ "Χρυσός ο Καραλής στην Τυφλίδα!". ProtoThema (yunan). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  6. ↑ "Καραλής: Ασημένιο μετάλλιο στο Ευρωπαϊκό Κ23 | LiFO". www.lifo.gr (yunan). İstifadə tarixi: 2024-03-04.
  7. ↑ "Χρυσά μετάλλια από Καραλή, Πεσιρίδου, Σκαρβέλη στο Πράβετς | LiFO". www.lifo.gr (yunan). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  8. ↑ Γιαχανατζής, Δημήτρης. "Ο Καραλής 5.70μ στο Σμεντέρεβο κι έφυγε για Τόκιο". ertnews.gr (yunan). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  9. ↑ Sportsfeed. "Ταλίν 2021 (Κ23): ΑΡΓΥΡO ΜΕΤΑΛΛΙΟ ο Καραλής!" (yunan). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  10. ↑ "«Ασημένιος» στην Κωνσταντινούπολη ο Καραλής". in.gr (yunan). 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.
  11. ↑ "Ευρωπαϊκό πρωτάθλημα ομάδων στίβου: Δεύτερος στην Πολωνία ο Καραλής". ProtoThema (yunan). 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.
  12. ↑ Sportsfeed. "ΓΛΑΣΚΟΒΗ 2024 – επί κοντώ: ΧΑΛΚΙΝΟ ΜΕΤΑΛΛΙΟ Ο ΚΑΡΑΛΗΣ!" (yunan). 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.
  13. ↑ Sportsfeed. "ΠΑΡΙΣΙ 2024: Στις 10 οι Ολυμπιακές προκρίσεις της Ελλάδας" (yunan). 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Emmanuil_Karalis&oldid=8120509"
LOVE.AZ