Epir və ya Epeiros (yun. Ήπειρος Rom: Ipiros; alb. Epiri) — Balkan yarımadasında yerləşən tarixi region. Region Albaniya və Yunanıstan arasında yerləşir və Pindus dağlarından İoni dənizinə, şimalda Avloniya körfəzi və Keravniya dağlarından Arta körfəzinə qədər uzanır.[1][2] Region Yunanıstanın şimal-qərb hissəsindəki Epir periferiyası və Albaniyanın cənubundakı Ergiri, Vlorë və Berat əyalətlərinin sərhədləri daxilində yerləşir. Epir dağlıq və dərə-təpələrlə bol olan bir yer kimi tanınır.