Epton Bill Sinkler (ing. Upton Beall Sinclair, Jr.; 20 sentyabr 1878[1][2][…], Baltimor, Merilend[3] – 25 noyabr 1968[3][1][…]) — Amerikan yazıçı, jurnalist və publisist[4]. Pulitser mükafatı laureatı (1943)
Epton Sinkler | |
---|---|
ing. Upton Beall Sinclair | |
![]() | |
Doğum adı | Epton Bill Sinkler |
Təxəllüsləri | Klark Fitç, Artur Stirlinq və Frederik Qarrison |
Doğum tarixi | |
Doğum yeri | Baltimor, Merilend, ABŞ |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Braund Bruk, Nyu-Cersi, ABŞ |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | amerikan |
Təhsili | Berkli Kaliforniya Universiteti |
Fəaliyyəti | jurnalist, romançı, film prodüseri, yazıçı, publisist, siyasətçi, şair, dramaturq |
Fəaliyyət illəri | 1898-ci ildən |
Əsərlərinin dili | ingilis |
İstiqamət | naturalizm |
Üzvlüyü |
|
Mükafatları | Pulitser mükafatı |
![]() |
|
![]() |
Epton Bill Sinkler 20 sentyabr 1878-ci ildə Merilend ştatının Baltimor şəhərində anadan olmuşdur. "Cəngəllik"[5] (1905), "Paytaxt" (1908), "Məhəbbət sınağı" (1911), "Silviya" (1913), "Silviyanın ərə getməsi" (1914) və s. romanlarında ictimai-tənqidi motivlər güclüdür. "Kral Kömür" (1917), "Cimmi Higgins" (1919) romanlarında sosializm ideyalarını, Böyük Oktyabr sosialist inqilabını müdafiə etmişdir. Antifaşist əsərlər ("Avtomobil kralı", 1937 və s.) yazmışdır.[6] Lenni Bedd haqqında epopeyasının (kitab 1–11, 1940–1953) son kitablarında "soyuq müharibə" əhvali-ruhiyyəsi əksini tapmışdır.[7] Ömrünün son illərində nüvə müharibəsi təhlükəsi əleyhinə çıxmış, SSRİ-yə rəğbətini bildirmişdir. Epton Sinkler 25 noyabr 1968-ci ildə Nyu-Cersi ştatının Baund Bruk şəhərində vəfat etmişdir.[8]