. Love.az

Eri Tosaka - Wikipedia - Love.az

Ana Səhifə - Eri Tosaka

Eri Tosaka (d. 30 avqust 1993, Takaoka, Yaponiya) — Yaponiyanı təmsil edən qadın güləşçi. Eri Tosaka 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etmiş və yarışların qızıl medalını qazanmışdır. Tosaka həm də 2013, 2014 və 2015-ci illərdə Dünya Çempionatlarının qızıl medalını qazanıb.

Eri Tosaka
yap. 登坂絵莉
Şəxsi məlumatlar
Vətəndaşlığı Yaponiya Yaponiya
Doğum tarixi 30 avqust 1993 (31 yaş)
Doğum yeri Takaoka, Yaponiya
Boyu 1,52 m
Çəkisi 53 kq
İdman növü Güləş
Medallar
Olimpiya Oyunları
Qızıl 2016 Rio-de-Janeyro -48 kq.
Dünya Çempionatı
Gümüş 2012 Alberta -48 kq.
Qızıl 2013 Budapeşt -48 kq.
Qızıl 2014 Daşkənd -48 kq.
Qızıl 2015 Las-Veqas -48 kq.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Eri Tosaka 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Tosaka birinci görüşdə Qazaxıstan güləşçisi Ulduz Yeşimovanı 6:0, ikinci görüşdə Amerika Birləşmiş Ştatları güləşçisi Haley Auqellonu 11:2, üçüncü görüşdə isə Çin Xalq Respublikası nümayəndəsi Sun Yananı 8:3 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Eri Tosaka Azərbaycan güləşçisi Mariya Stadniki gərgin görüşün yekununda, sona 3 saniyə qalmış 3:2 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.

Həmçinin bax

redaktə
  • Yaponiya 2016 Yay Olimpiya Oyunlarında

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eri_Tosaka&oldid=8002244"
LOVE.AZ