. Love.az

Esmorqa - Wikipedia - Love.az

Ana Səhifə - Esmorqa

Esmorqa (qalis. Esmorga) — İkinci dünya müharibəsindən sonra Qalisiya ədəbiyyatında ən əhəmiyyətli roman. 1959-cu ildə Buenos-Ayresdə, 1970-ci ildə Qalisiyada nəşr olunan bur roman yazıçı Eduardo Blanko Amor tərəfindən yazılmışdır. Ədəbi təsiri gələcək nəsil üzərində böyük əhəmiyyəti olmuşdur. Roman haqqında film də çəkilmişdir.

Esmorqa
A esmorga
Müəllif Eduardo Blanko Amor
Orijinalın dili Qalisiya dili
Ölkələr
  • Argentina
  •  İspaniya
Orijinalın nəşr ili 1959
Nəşriyyat Editorial Citania (Buenos Ayres)
Editorial Galaxia (Galisiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Mövzu
  • 2 Digər sahələrdə
    • 2.1 Film
    • 2.2 Tərcümə
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Mövzu

redaktə

Esmorqa romanı 3 personajdan bəhs edir. Aladi Milomen və Xansino Bokasın ölümü, Sibran Kastisonun hadisələri təsvir etməsi ilə başa çatır. Əslində hekayəyə hakim olan, onu danışan Sibrandır, oxuyucu hekayəni ondan öyrənir. Roman qısa giriş və 5 bölmədən ibarətdir. Son iki bölmədə yazıçının fikirləri ilə rastlaşmaq olar.

Hadisələr adı Auriya olan Orense şəhərində baş verir. Romanda buzlu, yağışlı, qarlı 24 saat təsvir olunur.

Əsərin mövzusuna mənbə olan əfsanə və rəvayətlər 90 illik müddətdə toplanmış sənədlərdir.

Digər sahələrdə

redaktə

Film

redaktə

1977-ci ildə roman əsasında Qonzalo Suarez tərəfindən "Ağ məhəbbət" filmi çəkilmişdir. 15 noyabr 2014-cü ildə İqnasiyo Viların rejissoru olduğu "Esmorqa" filmi nümayiş olunmuşdur.[1][2][3] Bu film 21 noyabrda Orensedə baş tutan Beynəlxalq Qalisiya Film Festivalında iştirak etmişdir.

Tərcümə

redaktə
  1. İspan dili, 1960 (La Parranda tərəfindən)
  2. Asturiya dili.
  3. İtalyan dili, 2006
  4. Fransız dili, 2007 (Vinsent Ozanam tərəfindən)
  5. İngilis dili, 2012 (Krayq Patterson tərəfindən)
  6. Katalon dili. (Ceyms Silvester tərəfindən)

İstinadlar

redaktə
  1. ↑ «A Esmorga» se estrenará el 21 de noviembre en toda Galicia con 50 copias Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Diario La Voz de Galicia, 15-09-2014.
  2. ↑ «A Esmorga», del papel a los cines de toda Galicia Arxivləşdirilib 2015-01-20 at the Wayback Machine Diario ABC, 21/11/2014.
  3. ↑ «A esmorga», a corredoira movie Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine. Diario La Voz de Galicia, 21/11/2014.

Xarici keçidlər

redaktə
  • A esmorga Pressbooks'da.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Esmorqa&oldid=6619630"
LOVE.AZ