Etibar Əliyev (11 iyul 1955, Lənkəran – 23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Etibar Əliyev | |
---|---|
Etibar Böyükağa oğlu Əliyev | |
![]() | |
Doğum tarixi | 11 iyul 1955(1955-07-11) |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1993(1993-08-23) (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
![]() |
Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur.[1] Hal-hazırda Müsavat Partiyasının 1 saylı üzvlük vəsiqəsi Etibar Əliyevin adına yazılmışdır.
Ailəli idi. İki qızı yadigar qalıb.
● Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
● Etibar Əliyev Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
● Etibar Əliyevin Lənkəran şəhərində adını daşıyan küçə var.
● Lənkəran şəhərinin "23 Avqust" meydanında Etibar Əliyevin büstü qoyulub.
● Xocavənd şəhərinin Hadrut qəsəbəsində Etibar Əliyev adına Xatirə Parkı mövcuddur.