Evan Tomas Piters (20 yanvar 1987, Sent-Luis, Missuri) — ABŞ aktyoru. O, aktyorluq debütünü 2004-cü il istehsalı dram filmi "Clipping Adam" ilə etmişdir. 2005–2006-cı illərdə "ABC" televiziyasının "Invasion" teleserialında rol alıb. O, ən çox Rayan Mörfinin yaratmış olduğu "FX"də efirə girən "Amerikan qorxu hekayəsi" teleserialındakı obrazlarına görə tanınır.
Evan Piters | |
---|---|
![]() | |
Doğum tarixi | 20 yanvar 1987(1987-01-20) (38 yaş) |
Doğum yeri | |
Partnyorları |
|
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, model[d] |
Fəaliyyət illəri | 2004-cü ildən |
IMDb | ID1404239 |
![]() |
O, "HBO"nun 2021-ci ildə istehsal etdiyi cinayət janrında olan "Mare of Easttown" miniserialında detektiv rolunda oynayıb. Belə ki, o, ifasına görə "Praymtaym Emmi"nin "Ən yaxşı ikinci dərəcəli rol" nominasiyası üzrə mükafata layiq görülüb. 2022-ci ildə Rayan Mörfinin yaradıcısı olduğu və Netflix-in rəhbərliyi ilə istehsal olunan "Dahmer – Monster: The Jeffrey Dahmer Story" serialında baş rol ifaçısı olub. Bu serial məşhur amerikalı seriyalı qatil-seksual manyak Cefri Damerin həyatı haqqında çəkilib. Bu serialdakı çıxışı ona 2023-cü ilin yanvarında "Ən yaxşı aktyor" nominasiyasında "Qızıl Qlobus" mükafatı qazandırıb.
Evan həmçinin superqəhrəman filmlərində də rol alıb. 2010-cu ildəki "Payını ver"də kiçik rol oynayıb. 2014–2019-cu illərdə çıxan Marvel-in "İks-adamlar" filmlər silsiləsində Civə (Piter Maksimoff)-ni canlandırıb. 2018-ci ildə "American Animals" filmində üsyankar tələbə rolunda çıxış edib və bu ifasına görə "Ən yaxşı ikinci dərəcəli rol" nominasiyası üzrə "BIFA" mükafatı alıb.
20 yanvar 1987-ci ildə Missuri ştatının Sent-Luis şəhərində doğulub. Atası "Charles Stewart Mott Foundation" administrasiyasının vitse-prezidentidir.[4] Alman mənşəlidir.[5][6][7][8] Roma katolikliyini etiqad edən bir ailədə böyüyüb. Təhsilini katolik ibtidai məktəbində almışdır. Endrü (Andrew) adlı qardaşı və Mişell (Michelle) adlı ata tərəfdən ögey bacısı var. O, 2001-ci ildə ailəsi ilə birlikdə Miçiqan ştatının Qrand-Blank şəhərinə köçüb. Burada modelliyə maraq göstərmiş, eyni zamanda aktyorluq dərsləri də almışdır.[4] 15 yaşında ikən bu sahədə karyera qurmaq üçün anası ilə Los-Ancelesə daşınıb.
Evan 2012-ci ildə "Yetkinlər dünyası" filminin çəkilişləri zamanı tanış olduğu aktrisa Emma Robertslə romantik münasibətə başlayıb.[9] Cütlük 2013-cü ilin iyulun 7-də Kanadanın Monreal şəhərində qaldıqları bir oteldə gecə saat 2:00 radələrində yüksək səslə mübahisə ediblər. Onları eşidən bir nəfər bu barədə polisə məlumat verib. Şahidlər və ikisi ilə danışdıqdan sonra Roberts saxlanılıb. Bildirilib ki, mübahisə zamanı Pitersin burnu qanayıb və hətta üzərində dişləmə izləri olub. Piters Robertsə qarşı ittiham irəli sürməməyi seçib və buna görə Roberts bir neçə saatdan sonra sərbəst buraxılıb.[10] Onlar münasibətlərini 2019-cu ilə qədər davam etdiriblər.[11]
Piters elə həmin ildən 2020-ci ilin martınadək müğənni Holzi ilə romantik münasibətdə olub.[12][13]
İl | Ad | Rol | Qeydlər |
---|---|---|---|
2004 | Clipping Adam | Adam Sheppard | |
Sleepover | Russell "SpongeBob" Hayes | ||
2007 | An American Crime | Ricky Hobbs | |
Mama's Boy | Keith | Titrlərdə yoxdur | |
2008 | Remarkable Power | Ross | |
Gardens of the Night | Brian / Rachel | ||
Never Back Down | Max Cooperman | ||
2010 | Payını ver | Todd Haynes | |
2011 | Never Back Down 2: The Beatdown | Max Cooperman | |
Queen | Frat Guy | Qısametrajlı film | |
The Good Doctor | Donny Nixon | ||
2014 | Yetkinlər dünyası | Alex | |
X adamlar: Gələcəyin keçmiş günləri | Piter Maksimoff / Civə | ||
2015 | The Lazarus Effect | Clay | |
Safelight | Charles | ||
2016 | Elvis & Nixon | Dwight Chapin | |
X-Men: Apocalypse | Piter Maksimoff / Civə | ||
2017 | The Pirates of Somalia | Jay Bahadur | |
The Accomplice | Randy | Qısametrajlı film | |
2018 | American Animals | Warren Lipka | |
Dedpul 2 | Piter Maksimoff / Civə | Kameo[14] | |
2019 | Qara simurq | ||
I Am Woman | Jeff Wald | ||
2023 | Wish | Simon | Səs rolu |
2025 | Tron: Ares | Julian Dillinger |