Eyr Aoi (藍井 エイル, Aoi Eiru?, d. 30 noyabr 1988, Sapporo)[1] – SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır.[2] "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur.
Eyr Aoi | |
---|---|
yap. 藍井 エイル | |
![]() Eyr Aoi çıxış edərkən. | |
Ümumi məlumatlar | |
Ləqəbi | Eir |
Doğum tarixi | (36 yaş) |
Doğum yeri |
Sapporo, ![]() ![]() |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | yapon |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2011–2016, 2018–hazırda |
Janrlar | J-pop, pop-rok, anison |
Albom şirkətləri |
SME Records (2011–2016) Sacra Music (2018–hazırda) |
aoieir.com | |
![]() |
Eyr Aoinin mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi Asiya və Avropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir.[3] 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir.[4] 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır.[5]
Aoi mahnı oxumağa liseydə təhsil alarkən qurduğu qrupda başlayıb.[6] Yaponiya video paylaşma platforması Niconico sayəsində kəşf edildikdən sonra 19 oktyabr 2011-ci ildə "Memoria" adlı ilk sinqlını buraxmışdır. Sinql "Fate/Zero" anime serialının ilk bağlanış mahnısı kimi istifadə olunmuşdur.[7] Onun ikinci sinqlı "Aurora" 5 sentyabr 2012-ci ildə buraxılmış və "Mobile Suit Gundam AGE" anime serialının 4-cü açılış mahnısı olmuşdur.[8] 21 noyabr 2012-ci ildə "Innocence" adlı üçüncü sinqlı buraxılmış və "Sword Art Online" anime serialının 2-ci açılış mahnısı kimi istifadə olunmuşdur.[9] "Blau" adlı albomunu isə 30 yanvar 2013-cü ildə buraxmışdır.[10] 2013-cü ilin martında Sietl şəhərində Sakura-Con tədbirində iştirak etmişdir.[9]
26 iyun 2013-cü ildə "Cobalt Sky" adlı 4-cü sinqlını buraxmışdır. 23 noyabr 2013-cü ildə buraxdığı "Sirius" sinqlı "Kill la Kill" anime serialının birinci açılış mahnısı olmuşdur.[11][12][13] Sinqla buraxılmış "Sanbika" adlı mahnısı da anime serialının içində istifadə olunmuşdur. "Niji no Oto" adlı növbəti sinqlı 12 noyabr 2014-cü ildə buraxılmışdır və "Sword Art Online: Extra Edition" xüsusi buraxılışının mahnısı kimi işlənmişdir.[14] 20 avqust 2014-cü ildə "Ignite" adlı yeddinci sinqlı buraxılmışdır. Sinql "Sword Art Online II" anime serialının birinci açılış mahnısı olmuşdur. Səkkizinci sinqlı "Tsunagaru Omoi" 12 noyabr 2014-cü ildə buraxılmışdır və "Rank Okoku" televiziya verilişinin açılış mahnısı olmuşdur.[15] 18 fevral 2015-ci ildə doqquzuncu sinqlı "Genesis" buraxılmış və "Aldnoah.Zero" anime serialının ikinci bağlanış mahnısı kimi istifadə edilmişdir.[16] 22 aprel 2015-ci ildə buraxılmış "Lapis Lazuli" adlı sinqlı "The Heroic Legend of Arslan" anime serialının bağlanış mahnısı seçilmişdir.[17] 25 mart 2015-ci ildə "Cynthia no Hikari" adlı mahnısı rəqəmsal formatda buraxılmışdır. Mahnı "Sword Art Online: Lost Song" video oyununun tema mahnısı olmuşdur.[18] 24 iyun 2015-ci ildə "D'Azur" adlı üçüncü albomunu buraxmışdır.[19] Aoi 2015-ci ilin avqustunda Animelo Summer Live tədbirindəki iştirakını ləğv etsə də,[20] həmin il Fransa, İngiltərə, Honkonq, Sinqapur, Meksika, Peru, ABŞ-də konsert vermişdir.[21] 28 oktyabr 2015-ci ildə "Shoegazer" adlı sinqlını buraxmışdır.[22]
2 mart 2016-cı ildə "Accentier" adlı sinqlını buraxmışdır. Bu sinql "Digimon World: Next Order" video oyununun tema mahnısı kimi istifadə olunmuşdur.[23] On üçüncü sinqlı "Tsubasa" 20 iyul 2016-cı ildə buraxılmışdır və "The Heroic Legend of Arslan" anime serialının ikinci mövsümünün açılış mahnısı olmuşdur.[24] "Best -E-" və "Best -A-" adlı ilk hit albomlarını isə 19 oktyabr 2016-cı ildə karyerasının 5 illiyi münasibətilə buraxmışdır.[25]
17 avqust 2016-cı ildə Facebook vasitəsilə sağlamlığı səbəbilə fasilə verdiyini açıqlamışdır. 2016-cı ildəki çıxışları və 2017-ci ilin yanvarında Osakadakı Animax Musix 2017 çıxışı ləğv olunmuşdur.[26][27] 14 oktyabr 2016-cı ildə o, Nippon Budokanda 4 və 5 noyabr 2016-cı ildə baş tutacaq ikigünlük konsertdən sonra karyerasına qeyri-müəyyən müddətliyinə fasilə verəcəyini açıqlamışdır.[4]
1 fevral 2018-ci ildə rəsmi saytında yanıb sönən mavi işıq şəkli peyda olmuşdur.[28][29] 8 fevralda isə 2018-ci ilin ikinci rübündən karyerasına davam edəcəyini və YouTube-da "Yakusoku" musiqi videosunu yerləşdirəcəyini açıqlamışdır. Onun Sacra Music-ə keçdiyi də açıqlanmışdır.[5][30] 7 may 2018-ci ildə "Ryūsei" adlı mahnısının "Sword Art Online Alternative Gun Gale Online" anime serialının açılış mahnısı olacağı təssdiqlənmişdir.[31] 22 aprel 2018-ci ildə bu sinql rəqəmsal şəkildə buraxılmışdır.[32] 13 iyun 2018-ci ildə isə "Yokusoku" ilə birlikdə fiziki şəkildə buraxılmışdır.[33] On beşinci sinqlı "Iris" 24 oktyabr 2018-ci ildə buraxılacaq. Bu mahnı "Sword Art Online: Alicization" anime serialının bağlanış mahnısı olacaq.[34]
Adı | Haqqında | Ən yüksək yer |
---|---|---|
YPN[35] | ||
Prayer |
|
12 |
Blau |
|
4 |
Aube |
|
6 |
D'Azur |
|
4 |
Adı | Haqqında | Ən yüksək yer |
---|---|---|
YPN[35] | ||
Best -E- |
|
3 |
Best -A- |
|
4 |
Adı | İl | Ən yüksək yer | Albom | |
---|---|---|---|---|
YPN Oricon[36] |
YPN Billboard[37] | |||
"Memoria" | 2011 | 8 | 19 | Blau |
"Aurora" | 2012 | 22 | 71[38] | |
"Innocence" | 6 | 8[39] | ||
"Cobalt Sky" | 2013 | 19 | — | Aube |
"Sirius" | 21 | 32[40] | ||
"Niji no Oto" (虹の音 Sound of the Rainbow) |
2014 | 12 | 18[41] | |
"Ignite" | 9 | 1[42] | D'Azur | |
"Tsunagaru Omoi" (ツナガルオモイ) |
20 | 51[43] | ||
"Genesis" | 2015 | 17 | 19[44] | |
"Lapis Lazuli" (ラピスラズリ) |
13 | 7[45] | ||
"Shoegazer" | 26 | 36[46] | Best -A- | |
"Accentier" | 2016 | 14 | 40[47] | |
"Tsubasa" (翼 Wings) |
9 | 5[48] | Best -E- | |
"Ryūsei / Yakusoku" (流星 / 約束 Meteor / Promise) |
2018 | 8 | 10 | |
"Iris" (アイリス) |