Füzuli Şiraslan oğlu İmrəliyev — Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Kobra" xüsusi təyinatlı dəstəsinin sabiq komandiri, Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki[2], İkinci Qarabağ müharibəsi qazisi, Vətən Müharibəsi Qəhrəmanı.[3]
Füzuli İmrəliyev | |
---|---|
Füzuli Şiraslan oğlu İmrəliyev | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Şiraslan İmrəliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2008-ci ildən |
Rütbəsi | Polkovnik[1] |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Murovdağ döyüşləri • Şuşanın azad edilməsi |
Təltifləri | |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Füzuli İmrəliyev Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonundandır. Orta təhsilini Beyləqan rayonu Bahar qəsəbəsi Sərdar İmrəliyev adına tam orta məktəbdə almışdır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 11.03.2008-ci il tarixli 2727 nömrəli Sərəncamına əsasən, baş leytenant Füzuli İmrəliyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad edilməsi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamına əsasən Füzuli İmrəliyev "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli 2362 nömrəli Sərəncamına əsasən Füzuli İmrəliyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli 2370 nömrəli Sərəncamına əsasən Füzuli İmrəliyev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.[6]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Daxili Qoşunların "Kobra" xüsusi təyinatlı dəstəsinin komandiri olan polkovnik-leytenant Füzuli İmrəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Murovdağ və Şuşanın azad edilməsində savaşıb. Daşaltı əməliyyatı zamanı yaralanıb.