Fərəculla xan Şahsevən (az.-əski. فرجۇللا خان شاهسئون) — Azərbaycan sərkərdəsi, Qacar ordusunda hərbi zabit, 1804–1813-cü illərdə Rusiya–İran müharibəsinin iştirakçısı.[1] Fərəculla türkəsilli Şahsevən tayfasına, eləcə də Ərdəbil xanlığının hakim sülaləsinə mənsub idi.[1] Ailənin Ərdəbili idarə etmək imtiyazı 1808-ci ildə Qacarlar tərəfindən ləğv edilmişdir, lakin buna baxmayaraq, Fərəculla xan və ailəsi onlara dəstək və əməkdaşlıq etməyə davam etmişdir.[2][3]
28 sentyabr 1809-cu ildə Fərəculla xan 11,000 əsgərdən ibarət dəstəni dağıdılmış Lənkəran şəhərinə doğru yola salmışdır. Şəhər meşələrlə əhatə olunduğu üçün Rusiya gəmiləri müdafiəyə kömək edə bilməmişdir.[4]