Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov (az. Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1805, Tuğ, Qarabağ xanlığı – 1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti,[1] mülkədar, Hacı
Fərhad bəy Məlik-Aslanov | |
---|---|
![]() | |
Doğum tarixi | 1805 |
Doğum yeri | |
Vəfat tarixi | 1889 |
Vəfat yeri | |
Atası | Məlik Aslan bəy |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
![]() |
Fərhad bəy 15 iyun 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
Mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib.[2]
Qarabağ atlı alayında xidmət edib.[1] Poruçik rütbəsində olub.
Fərhad bəy Məkkəyə ziyarət edib, Hacı ünvanını daşıyıb.[2]
Dövrünün şairləri ilə Hacı Fərhad bəyin yazışmaları var. Aşıq Pəri ilə dostluq edirdi. Onların əlaqələri haqqında Qasım bəy Zakir Məhəmməd bəy Aşiqə yazırdı.
Həmçinin Fərhad bəy tanınmış rus şairi A.S. Puşkinlə görüşmüşdü.[3] Puşkin ona
şeir həsr etmişdi.[2][3][4]
Uzaqlaş, vuruşma, şan-şöhrətindən
Sən ey gözəl cavan, ey gözəl cavan!
Qarabağ dəstəsi arasında sən
Qanlı döyüşlərə girmə, atma can!
Bilirəm ki, ölüm rast gəlməz sənə,
Qılınclar içində Əzrayıl görcək.
Hayıfı gələcək belə bir hüsnə,
Ölüm caynağından nicat verəcək.
Ancaq döyüş vaxtı qorxuram ki, mən
İtsin sadəliyin, cəld hərəkətin!
Sənin əbədilik çıxsın əlindən
Bu gözəl camalın, abrın, ismətin.
Aleksandr Puşkin, 5 iyul 1829-ci il.
Лагерь при Евфрате. «Из Гафиза».[5]
Tərcümə edib Zəhra Bilal(Muradova).[3]
Rusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı qraf Paskeviç Qarabağ əyalətinin azərbaycanlı sakinlərindən ibarət 4 müsəlman süvari alayı və Kəngərli süvariləri yaradır. Fərhad bəy 1-ci müsəlman süvari (azərbaycanlı) alayında xidmət etməyə başladı. 1-ci müsəlman süvari Rayevskinin birləşmiş süvari briqadasının tərkibinə daxil oldu. Briqadanın tərkibində azərbaycanlı əsgərlər mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirirdilər.
1829-cu ildə Puşkin fəal orduya qoşulmaq üçün Qafqaza dostu Raevskinin yanına gedir. Orada Puşkin Fərəculla bəylə görüşür və bir müddət sonra bu görüşü "Путешествии в Арзрум" (Ərzruma səyahət) əsərində təsvir edir.[6] Şair Raevskinin briqadasında olduğu vaxt ərzində mayor Abbasqulu ağa Bakıxanov, kapitan Fərəcula bəy və poruçik Fərhad bəy obrazlarından yazmışdır. Fərhad bəyə isə Puşkin "Шеер I. Фаргат Беку" (Şeir I. Farqat Bəyə) adlı əlyazmasında "Из Гафиза" (Hafizdən) şeirini həsr etmişdir.[6]
1829-ci ildə döyüş meydanlarında fərqləndiyinə və şücaətinə görə Fərhad bəy IV dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib.[2][6][7]
Fərhad bəy igidliyinə görə 11 may 1830-cu ildə praporşik rütbəsini alıb.[2]
1834-ci ilin noyabr ayında Varşavaya göndərilən Zaqafqaziya Müsəlman Süvari Alayının tərkibində Fərhad bəydə olmuş və poruçik rütbəsinə yüksəlmişdi.
IV dərəcəli "Müqəddəs Anna" ordeni (1829)[2][6][7]