. Love.az

Fexreddin Cebrayilov - Wikipedia - Love.az

Ana Səhifə - Fexreddin Cebrayilov

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov (12 avqust 1958, Gorus) — Azərbaycan hərbçisi, general-mayor (2014), Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı (1995), Birinci Qarabağ müharibəsi iştirakçısı.

Fəxrəddin Cəbrayılov
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1958(1958-08-12) (66 yaş)
Doğum yeri
  • Gorus, Gorus rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Təhsili
  • Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi
Hərbi fəaliyyəti
Rütbəsi
General-mayor
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı — 19951995
"Azərbaycan Bayrağı" ordeni — 19941994

Həyatı

redaktə

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet Ordusuna qrup komandiri göndərirlər.

1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il "N" saylı taborun komandiri vəzifəsinə təyin olunur.

1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddinin hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları tam məhv edildi və xeyli silah sursat ələ keçirildi. 1994-cü ildə Füzuli rayonunda və Kəlbəcər rayonunda gedən döyüşlərdə yenidən düşməni ağır itkilərə məruz qoydular.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1994-cü ilin oktyabr ayında "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Fəxrəddin Cəbrayılov 1996-cı ildən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışmışdır. 2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmişdir.[1]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 24 iyun 2014-cü ildə ilə Fəxrəddin Cəbrayılova general-mayor ali hərbi rütbəsi verilmişdir.[2]

Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2017-ci il tarixli Sərəncamı ilə Fəxrəddin Cəbrayılov hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Ailəlidir, üç övladı var.

İstinadlar

redaktə
  1. ↑ Müdafiə Nazirliyində kadr dəyişiklikləri edilib. Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine
  2. ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 24 iyun 2014.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 54–55.
  • Life.Az. [[Müdafiə Nazirliyində kadr dəyişiklikləri edilib.
  • Zakir Həsənov vəzifəyə gətirdiyi rəisləri işdən qovdu– Şok SİYAHI (Yenilənib)[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fəxrəddin_Cəbrayılov&oldid=8079939"
LOVE.AZ