. Love.az

Fexreddin Necefov - Wikipedia - Love.az

Ana Səhifə - Fexreddin Necefov

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov (10 yanvar 1968, Bakı – 4 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

Fəxrəddin Nəcəfov
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov
Şəxsi məlumatlar
Doğum tarixi 31 mart 1967 (58 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 sentyabr 1992(1992-09-04) (24 yaşında)
Vəfat yeri
  • Çıldıran, Ağdərə rayonu, Azərbaycan
Dəfn yeri
  • Şəhidlər Xiyabanı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi
Baş leytenant
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Milli Qəhrəman
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı

redaktə

1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.[1]

Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 224.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2019.

Xarici keçidlər

redaktə
  • Milli Qəhrəmanlar [ölü keçid]
  • Azərbaycan Milli Qəhrəmanları Arxivləşdirilib 2008-01-24 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fəxrəddin_Nəcəfov&oldid=7902152"
LOVE.AZ