. Love.az

Faiq Agayev Milli Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Faiq Agayev Milli Qehreman
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Faiq Ağayev (dəqiqləşdirmə).
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Ağayev.

Faiq Ağayev (6 iyun 1969, Papravənd, Ağdam rayonu – 23 dekabr 1991, Meşəli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Faiq Ağayev
Ağayev Faiq Alış oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1969(1969-06-06)
Doğum yeri
  • Papravənd, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 dekabr 1991(1991-12-23) (22 yaşında)
Vəfat yeri
  • Meşəli, Xocalı rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri
  • Papravənd
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

1969-cu il 6 iyun tarixində Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olur.

Döyüşlərdə iştirakı

redaktə

1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirirdilər. Azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi.

O son ana qədər mövqeyini tərk etmədi və son nəfəsinə qədər vuruşdu. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi.[1]

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) ( (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.

Ədəbiyyat

redaktə
  • Abbasoğlu B. Meşəli əfsanəsi //Abbasoğlu B. Ölərkən dünyaya qələn oğullar.- B., 2004.- S. 223-234.
  • Ağayev S. Faiq Alış oğlu Ağayev //Ağayev S. Şəhid şəhərin şəhid övladları.- B., 1994.- S.11-12.
  • Əsgərov V. Ağayev Faiq Alış oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.14.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 25.
  • Əlizamin. Faiq Alış oğlu Ağayev. Polis serjantı. Ellərin sinə dağı //Əlizamin. Vətən fədailəri.- B., 1994.- S.25-26.
  • Faiq Alış oğlu Ağayev //Qarabağ.- 1993.- 26 mart.- S.3.
  • Nazim N. Ağayev Faiq Alış oğlu: (1969-1991) //Nazim N. İstiqlal ulduzları.- B., 1995.- S.16-18.
  • Zeynalov R. Ağayev Faiq Alış oğlu: (1969-1991)//Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1996.-S.92.

Xarici keçidlər

redaktə
  • [ölü keçid] Ağayev Faiq
  • Ağayev Faiq Alış oğlu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Faiq_Ağayev_(hərbçi)&oldid=8100012"
LOVE.AZ