. Love.az

Faiq Ceferov Milli Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Faiq Ceferov Milli Qehreman
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Faiq Cəfərov.

Cəfərov Faiq Əliqulu oğlu (1 may 1974, Şiləvəngə, Cəlilabad rayonu – 19 avqust 1999, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı.[1]

Faiq Cəfərov
Faiq Əliqulu oğlu Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1974(1974-05-01)
Doğum yeri
  • Şiləvəngə, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 19 avqust 1999(1999-08-19) (25 yaşında)
Vəfat yeri
  • Azərbaycan
Vəfat səbəbi avtomobil qəzası[d]
Dəfn yeri
  • Şiləvəngə
Hərbi fəaliyyəti
Rütbəsi Gizir
Döyüşlər Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Milli Qəhrəman
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Həyatı

redaktə

Faiq Cəfərov 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, həmin döyüşlərdə ağır yaralandığı üçün Faiq Cəfərov ehtiyata buraxılır.[2]

Bir müddət sonra öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır.

Faiq Cəfərov 1999-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.

Ailəsi

redaktə

Ailəli idi, iki övladı var.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]

Cəlilabad rayonunda dəfn edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "Cəlilabadda Аzərbаycаnın Milli Qəhrəmanı sərhədçi gizir Faiq Cəfərovun anım mərasimi kеçirilib. azertag.az". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  2. ↑ "CƏFƏROV FAİQ ƏLİQULU oğlu. veten-ugrunda.az". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  3. ↑ "27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» Fəxri adına layiq görülüb". Dsx.gov.az. 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-27.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 58–59.

Xarici keçidlər

redaktə
  • AMTN Arxivləşdirilib 2008-08-27 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Mart hadisələri (1995)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Faiq_Cəfərov_(hərbçi)&oldid=7966030"
LOVE.AZ