. Love.az

Faiq Mustafayev - Wikipedia - Love.az

Ana Səhifə - Faiq Mustafayev

Faiq İsmayıl oğlu Mustafayev (1923, Bakı – 1977, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959).

Faiq Mustafayev
"Koroğlu" operası. Faiq Mustafayev Həsən xan rolunda
"Koroğlu" operası. Faiq Mustafayev Həsən xan rolunda
Doğum tarixi 1923
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1977
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1952–1977
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Həyatı

redaktə

Bariton səsli müğənni 1952-ci ildən ADOBT-nin solisti olub (müəyyən fasilələrlə). Respublikanın əməkdar artisti idi, səhnədə canlı və təbii görünürdü. Səsini obrazın xarakterinə uyğun olaraq məharətlə idarə edə bilirdi. Əsas partiyaları: Həsən xan ("Koroğlu"), Nofəl ("Leyli və Məcnun"), Süleyman ("Arşın mal alan"), Şahvələd ("Aşıq Qərib"), Əbdüləli bəy ("Sevil"), Tonio ("Məzhəkəçilər"), Qraf Tomson ("Qaratoxmaq qadın"), komendant ("Kornevil zəngləri"), Aleko ("Aleko").

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959

Filmoqrafiya

redaktə
  1. Bəxtiyar (film, 1955)
  2. O olmasın, bu olsun (film, 1956)
  3. Qızmar günəş altında (film, 1957)
  4. Mənim atam Əliövsət Sadıqov (film, 2007)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Faiq_Mustafayev&oldid=6638023"
LOVE.AZ