Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Faiq Rəfiyev (22 fevral 1955, Qaryagin – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Faiq Rəfiyev | |
---|---|
Faiq Qəzənfər oğlu Rəfiyev | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1955(1955-02-22) |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 1992(1992-01-10) (36 yaşında) |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | baş leytenant |
Döyüşlər | |
Təltifləri |
![]() |
Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur.
Ailəli idi, iki övladı qalıb.
Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir. 10 yanvar 1992-ci ildə Koçbəy kəndinin erməni silahlılarından təmizlənməsi üçün baş tutan əməliyyat zamanı şəhid olmuşdur.
Doğulduğu Saracıq kəndində dəfn edilmişdir.
Lökbatan qəsəbəsindəki 166 saylı lisey-məktəb Faiq Rəfiyevin adını daşıyır.