. Love.az

Faten Hamama - Wikipedia - Love.az

Ana Səhifə - Faten Hamama

Faten Hamama (ərəb. فاتن حمامة‎), əsl adı — Faten Əhməd Hamama (ərəb. فاتن احمد حمامة‎), (27 may 1931, Əl-Mənsura, Misir — 17 yanvar 2015) — Misir aktyoru

Faten Hamama
ərəb. فاتن حمامة‎
Doğum tarixi 27 may 1931
Doğum yeri Misir
Vəfat tarixi 17 yanvar 2015 (83 yaşında)
Vəfat yeri Misir
Həyat yoldaşı
  • Ömər Şərif (1955–1974)[1]
Uşağı 2 (Tarek Sharif daxil olmaqla)
Fəaliyyəti aktrisa, kino aktrisası, film prodüseri, ssenarist
Fəaliyyət illəri 1939–2001
Mükafatları Respublika ordeni (Misir) — 1965 Kedra milli ordeni (Livan) — 2001
IMDb ID0357303
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Faten Hamama 27 may 1931-ci ildə Misirdə doğulmuşdur.

Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi. 10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib.

1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb.

Karyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb.

Aktrisa eyni zamanda "Qızıl qlobus" mükafatının sahibidir.

Ərəb aktrisa Faten Hamama 17 yanvar 2015-ci ildə Misirdə 83 yaşında vəfat edib.[2]

İstinadlar

redaktə
  1. ↑ فاتن حمامة وعمر الشريف: الحبّ من أوّل قبلة!. 2014.
  2. ↑ Zamir Ağazadə. ""Qızıl qlobus" sahibi dünyadan köçdü". ANS TV (az.). anspress.com. 18.01.2015. 2015-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
  Vikianbarda Faten Hamama ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Faten_Hamama&oldid=6044639"
LOVE.AZ