. Love.az

Fatma Cabbarova - Wikipedia - Love.az

Ana Səhifə - Fatma Cabbarova

Fatma Ağacabar qızı Cabbarova (7 noyabr 1920, Bakı – 29 noyabr 2010, Bakı) — Azərbaycan diktoru, Azərbaycan SSR xalq artisti (1990).

Fatma Cabbarova
Doğum tarixi 7 noyabr 1920
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 noyabr 2010 (90 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti diktor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19901990 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1966

Həyatı

redaktə

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur.[1] İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 9 dekabr 1966
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 8 may 1990
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[2]

İstinadlar

redaktə
  1. ↑ "CABBAROVA Fatma Ağacabar qızı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
  2. ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fatma_Cabbarova&oldid=7190110"
LOVE.AZ