Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 204.455 məqalə mövcuddur.
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Hal-hazırda Azərbaycanca Vikipediyada 204.455 məqalə mövcuddur.
![]() Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji — Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv), "Lenin" mükafatı laureatı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O, SSRİ KP MK üzvü (1976–1989) idi. 1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİ daşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır. |
![]() Oktavian Avqustun hakimiyyətə gəlməsi ilə pietasa xüsusi münasibət imperator kultunun bir hissəsi olmuşdur. Bu, demək olar ki, hökmdarın əsas fəziləti kimi təqdim olunurdu. Pietasın təbliğ olunması təkcə mənəvi deyil, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Cəmiyyətin qədim inkişaf səviyyəsində ailənin atasının və ya ağasının böyük gücünə pietasa daxil olan əxlaq normaları kömək etmişdi və bu, iqtisadiyyatın ən səmərəli formada idarə olunmasını təmin etmişdi. |
![]() Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. |
Aktual hadisələr: HƏMAS–İsrail müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi