Fennoskandiya (fin Fennoskandia, isv. Fennoskandien, norv. Fennoskandia) — Skandinaviya və Kola yarımadalarını, materik Finlandiya və Kareliyanı əhatə edən coğrafi yarımada.[1]
Fennoskandiya | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | Qallhöpiggen |
Yerləşməsi | |
59° şm. e. 20° ş. u.HGYO | |
Ölkə | |
![]() |
Fennoskandiya adı latın dilində olan "Fenniya" (Finlandiya) və "Skandiya" (Skandinaviya) sözlərindən gəlir.[2] Termin ilk dəfə Finlandiya arxeoloqu Vilhelm Remzi tərəfindən 1898-ci ildə istifadə edilmişdir.[3]
Fennoskandiya kristalik qalxanlar üzərində düzənliklərdən və Kaledon qırışıqlığında alçaq və orta dağlıqdan ibarət sahədir. Müasir buzlaşma ocaqları, qədim buzlaşmanın izləri, həmçinin buzlaq gölləri, fyord və şxer tipli sahillər xarakterikdir. İqlimi mülayim soyuqdur. Tayqa, meşə-tundra, tundra, qarışıq meşələr, dağ-tundra qurşaqları var.[4]