Fidippid[1] (yun. Φειδιππίδης) və ya Filippid[2][3][4][5] (yun. Φιλιππίδης) — müasir idman növlərindən biri hesab olunan marafon yarışının yaranmasına səbəb olan hekayənin mərkəzi fiqurudur.[6] Marafon döyüşü yunanların farslar üzərində parlaq qələbə qazanması ilə başa çatdıqdan sonra, bu xəbəri Afinaya çatdırmaq üçün Marafon şəhərindən Afinaya qədər piyada qaçmışdır.[7][8][9][10][11] 42 km-lik yolu qət etdikdən sonra, onun ürəyi buna dözməmiş və o xəbəri verdikdən sonra vəfat etmişdir[12][13][14]