Fikrət Bağır oğlu Bağırov (10 dekabr 1935, Bakı – 21 yanvar 1996, Bakı) — Azərbaycanın kino rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1982), SSRİ dövlət mükafatı laureatı (1980).
Fikrət Bağırov | |
---|---|
![]() | |
Doğum tarixi | 10 dekabr 1935(1935-12-10) |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 1996(1996-01-21) (60 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
Fikrət Bağırov 10 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan rəssamlıq məktəbini bitirərək Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olur. Təhsilini başa vurub Bakıya qayıdan Fikrət Bağırov, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.[1] Əsərləri respublika və xaricdə sərgilərdə nümayiş etdirilib.
1996-cı il yanvarın 21-də vəfat etmişdir.