Flaplar — təyyarələrdə ümumiyyətlə stabilizatorun arxa tərəfində yerləşir; Qanad gövdəsini artıraraq ilk növbədə daşıyıcı qüvvəni (L) və qismən də sürükləmə qüvvəsini (D) artıran komanda səthidir. Flaplar xüsusən enmə və qalxma kimi aşağı sürətlərdə, daha yüksək daşıyıcı qüvvə tələb edilən uçuşun fazalarında istifadə olunur (açıq vəziyyətə gətirilirlər). Bir çox təyyarə növündə flapların birdən çox tənzimləmə səviyyəsi (bucağı) vardır.
Təyyarələrin bəzi növlərində, güclü və həmləli küləklərdə flaplarsız eniş tövsiyə olunur, lakin müvafiq texniki sənədlərdə göstərilən qaydalara ciddi əməl olunmalıdır.
Flaplar görünüşünə görə uzunlamasına oxda əyilmə (yuvarlanma) təmin edən qanadcıqlara bənzəyirlər, lakin vəzifələri çox fərqlidir. Qanadcıqlar bir-birinin əksi istiqamətində işləyir, yəni biri aerofili artırır, digəri azalır. Bu da, təyyarəni uzununa oxda əyilmə anı ilə təmin edir. Əks istiqamətdə işlədikləri üçün iki qanada tərs istiqamətdə aerodinamik güc verirlər, buna görə də qanadlara heç bir gərginlik tətbiq edilmir (qüvvə cütlüyü). Ancaq flaplar eyni istiqamətdə işləyir. Buna görə də hər iki qanadın eyni istiqamətdə qüvvəyə məruz qalması qanadda gərginlik yaradır. Bu gərginlik, an (moment) prinsipinə görə nə qədər qısa an (moment) qoluna sahib olarsa, o qədər aşağı olacaqdır. Bu, flapların qanad kökündə və qanadcıqların qanad ucunda yerləşməsinin səbəblərindən biridir. Çünki kökdəki flapların qanadın qırılmasına səbəb olacaq bir qüvvə yaratmaması çox vacibdir.