. Love.az

Frank Kessye - Wikipedia - Love.az

Ana Səhifə - Frank Kessye

Frank Yannik Kessye (fr. Franck Yannick Kessié; 19 dekabr 1996[1][2]) — Fildişi Sahilili peşəkar futbolçu. "Barselona" klubunun və Fildişi Sahili milli komandasının yarımmüdafiəçisi .

Frank Kessye
fr. Franck Kessié
Ümumi məlumatlar
Doğum tarixi 19 dekabr 1996(1996-12-19)[1][2] (28 yaş)
Vətəndaşlığı
  •  Kot-d'İvuar
Boyu 183 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
  • 2 Milli komanda karyerası
  • 3 İstinad
  • 4 Xarici keçidlər

Klub karyerası

redaktə

Frank 2010-cu ildə yerli "Stella d Adjame" klubunun uşaq komandasında futbola başlayır. Klubun əsas komandasına 2014-cü ildə qoşulur.

2015-ci ildə İtaliyaya yollanaraq "Atalanta" klubu ilə müqavilə imzalayır. Gənc Frank 26 Avqustda "Çezena"ya bir mövsümluk icarəyə verilir. "Çezena"nın heyətində 26 sentyabrda B Seriyasında "Peruca"ya qarşı oyunda debut edir. .

2016/17 mövsümündən əvvəl "Atalanta"ya qayıdır. 21 avqust 2016-cı ildə A Seriyasında "Latsio" klubuna qarşı oyunda debut edir. Kessye bu oyunda əsas əsas heyətdə meydana çıxır və iki qol vuraraq debüt oyununda dubl edir. Frank 2016/17 mövsümündə "Atalanta" ilə birlikdə A Seriyasında 4-cü yeri tutur.

2017-ci ilin yayında, Kessye məcburi satınalma şərti ilə iki illik icarə əsasında, İtaliyanın Grand klublarından olan "Milan" klubuna transfer olunur. 20 avqust 2017-ci il tarixində "Milan" — "Krotone" oyununda "Milan"ın heyətində debüt edir və ilk oyununda qol vurur.

2022-ci ildə, azad agent kimi İspaniyanın "Barselona" klubu ilə 4 illik müqavilə bağlayır.

Milli komanda karyerası

redaktə

Kot d'İvuarın U17 milli komandasında oynayıb. 6 sentyabr 2014-cü ildə 17 yaşında Kot-d İvuar milli komandasının əsas heyətində Syerra Leone millisinə qarşı oyunda debüt edir. Ancaq ilk oyun Frank üçun uurlu olmur və 26-cı dəqiqədə görüşün əsas hakimi tərəfindən rəqibin cərimə meydançasında "Macarena" ritual rəqsi oynadığı üçün meydandan qovulur.

İstinad

redaktə
  1. ↑ 1 2 Franck Kessié // Transfermarkt (çd.). 2000.
  2. ↑ 1 2 Franck Kessié // FBref (çd.).

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Frank_Kessye&oldid=7720091"
LOVE.AZ